Icma.az
close
up
RU
İqlim dəyişikliyi Amazon meşələrində ağacların daha sürətli boy atmasına səbəb olur

İqlim dəyişikliyi Amazon meşələrində ağacların daha sürətli boy atmasına səbəb olur

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Berlin, 29 sentyabr, AZƏRTAC

Son onilliklərdə iqlim dəyişmələri nəticəsində Amazon meşələrindəki ağaclar daha böyük olublar. Atmosferdə karbon qazının miqdarının artması ağacların daha güclü böyüməsinə təkan verir. Lakin beynəlxalq tədqiqatçılar qrupunun fikrincə, bu, tam yaxşı xəbər deyil.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu barədə beynəlxalq alimlər qrupunun “Nature Plants” elmi jurnalında dərc olunan məqaləsində bildirilib. Araşdırmanın müəllifləri qeyd ediblər ki, iqlim dəyişikliyinin təsiri barədə danışarkən adətən yağış meşələrinin məhv olması ön plana çəkilir. Lakin bu arada toxunulmamış meşələrdə ağaclar böyüyüb, hətta ən böyük ağaclar belə bu təhdidlərə baxmayaraq, inkişaf etməyə davam edib. Tədqiqatın nəticələrinə əsasən, ağaclar hər on ildə orta hesabla 3,2 faiz böyüyüb. Bu artım, əsasən kömür, neft və qazın yandırılması nəticəsində həmin dövrdə davamlı olaraq yüksələn CO₂ konsentrasiyası ilə əlaqələndirilir. Effekt həm böyük, həm də kiçik ağaclarda müşahidə olunub.

Alimlərin sözlərinə görə, iri ağaclar CO₂-ni saxlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. İqlim dəyişikliyinin Amazon meşələrində ağaclara mənfi təsir göstərə biləcəyi və onların karbonu udma qabiliyyətini zəiflədə biləcəyindən narahatlıqlara baxmayaraq, CO₂-nin böyüməyə stimulverici təsiri qalmaqdadır. Tədqiqat çərçivəsində 188 daimi müşahidə sahəsindəki ağacların ölçüləri təhlil edilib və onların artımının azı 30 ildir davam etdiyi müəyyənləşdirilib. Bu araşdırmaya Cənubi Amerika, Böyük Britaniya və digər ölkələrdən onlarla universitet qatılıb.

Tədqiqat, həmçinin Amazon meşələrinin qırılmasının planet üçün nə qədər dağıdıcı təsirə malik olduğunu göstərib. “MapBiomas” təşəbbüsünün son hesablamalarına görə, Braziliya Amazonunda 1985-ci ildən bəri təxminən 52 milyon hektar təbii ərazi itirilib. Bu, İspaniyanın sahəsindən də böyükdür. Ümumilikdə isə son 40 ildə ölkə üzrə təbii ərazilərin itkisi 111,7 milyon hektara çatıb ki, bu da Almaniyanın ərazisindən üç dəfə çoxdur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri