Qubad İbadoğlunun işi ilə bağlı saxlanılan Fazil Qasımov barəsində qərar verildi
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımovun barəsində hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Qasımov 9 il, onunla birgə ittiham olunan Anar Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıb. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 29 Sentyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















