Londonun Rusiya ilə bağlı qərarı Avropa Komissiyasını təəccübləndirib
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Avropa Komissiyası (AK) Londonun Rusiyaya qarşı təyyarə yanacağı və dizel yanacağına qarşı sanksiyaları yumşaltmaq qərarını öyrənəndə təəccüblənib.
"Ölkə.az" xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) iqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis bildirib.
"Böyük Britaniya enerji sektorunda Rusiyaya qarşı bəzi sanksiyaları ləğv edib. Həqiqətən də, bu, bu həftənin əvvəlində G7 maliyyə nazirlərinin görüşündə açıqlanmamışdı. Bu, sürpriz oldu", - deyə Dombrovskis bildirib.
Onun sözlərinə görə, Aİ G7-yə bildirəcək ki, indi sanksiyaları yumşaltmağın vaxtı deyil, çünki Rusiya İrandakı müharibədən faydalanır.
"Hazırkı vəziyyətdə Rusiyaya qarşı sanksiyaları gücləndirmək vacibdir. Biz beynəlxalq tərəfdaşlarımızla, o cümlədən Birləşmiş Krallıqla münasibətlərimizdə buna davam edəcəyik", - Dombrovskis bildirib.
Mayın 19-da Böyük Britaniya Rusiya neftindən istehsal olunan dizel yanacağı və reaktiv yanacağın üçüncü ölkələrə idxalını Rusiyaya qarşı sanksiyalardan azad edən qərar verib. Qərar 20 may tarixində qüvvəyə minib.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 22 May 2026 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















