Icma.az
close
up
RU
Londonun Ağdam parçası

Londonun Ağdam parçası

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hikmət XUDİYEV,
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru
(Ankara)

Hər bir ölkəni tanıdan onun siyasəti və qüdrətidirsə, xalqı, milləti tanıdan isə onun mədəniyyəti və incəsənətidir. Xalqımızın zəngin mədəni irsini tanıtmaqda, milli mədəniyyətimizin dünyayda təbliğ olunmasında Londondakı Azərbaycan diasporu da xüsusi rol oynayır. Əsl vətənpərvər, qəlbi daim Vətənlə bağlı olan soydaşımız, Londonda yaşayan Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmov da İngiltərədə zəngin musiqi sərvətimizin tanıdılmasında təqdirəlayiq xidmətlər göstərir.

Londonda və Avropanın digər şəhərlərindəki dövlət tədbirlərində və konsertlərdə tarda ifa etdiyi muğamlarla tamaşaçıları heyrətləndirən, bütün varlığı Qarabağ, Ağdam sevdası ilə döyünən, Ağdamın adına başucalığı gətirərək bir sıra uğurlara imza atan, 2025-ci il iyunun 22-də 80 yaşı tamam olacaq Rafiq Rüstəmovu Londonun Ağdam parçası adlandırsaq, yanılmarıq.

...Rafiq Rüstəmov haqqında məndə ilk təəssüratı yaradan Qarabağın ləyaqətli kişilərindən biri - cəfakeş müəllim, istedadlı və peşəkar tar ustadı, saysız-hesabsız tarzənlər yetişdirən, Ağdamda milli musiqi sənətimizin inkişafına dəyərli töhfələr verən, muğamlarımızın mahir bilicisi Ramiz Quliyev, Rafiq Hüseynov (Rəmiş) və başqa görkəmli sənətçilərə ilk dəfə tar ifaçılığının sirlərini öyrədən Cəlal Əliyev olub.

Cəlal müəllimlə söhbətlərimin birində, o, təqaüdə çıxarkən tarını Rafiq Rüstəmova bağışladığını demişdi və bunun təsadüfi bir seçim olmadığını bildirərək Rafiq müəllim haqqında ürəkdolusu xoş sözlər söyləmişdi. 

Beləcə, Qarabağ sevdalı, qəlbi Ağdam təşnəli Rafiq Rüstəmov şəxsiyyəti bir jurnalist olaraq məndə də maraq doğuraraq, zaman-zaman onun mənalı həyat yolunu izləməyə başladım...

...Rafiq Rəhim oğlu Rüstəmov 1945-ci il iyunun 21-də Ağdamın Xındırıstan kəndində ailənin 10 uşağının ilki olaraq dünyaya göz açıb. 1953-cü ildə doğma kəndində orta məktəbin 1-ci sinfinə daxil olub. Hələ kiçik yaşlarından məlahətli səsi olduğundan kəndin el şənliklərinə dəvət alıb.

Rafiq Rüstəmov 6-cı sinifdə oxuyarkən Ağdam şəhər 1 saylı uşaq musiqi məktəbinin tar sinfinə daxil olub. O, tar ixtisası üzrə məktəbin direktoru Cəlal Əliyevdən dərs alıb. Rafiq Rüstəmovun bir ifaçı kimi yetişməsində, bir musiqiçi kimi püxtələşməsində Cəlal müəllimin böyük təsiri olub. Musiqi duyumlu, sənət həvəsli, tar sevdalı bu uşaq hər dəfə Xındırıstandan min bir əziyyətlə rayon mərkəzinə - Ağdama gedib-qayıtması zaman-zaman öz bəhrəsini verib. Bu istedadlı uşaq 12 yaşından konsertlərdə və musiqi müsabiqələrində iştirak edib, böyük sənət yoluna qədəm qoyaraq tar ifaçılığına olan sevgisiylə inamlı addımlar atıb. 

Rafiq Rüstəmov 1964-cü ildə Xındırıstan kənd orta məktəbində 11-ci sinfi bitirib. O, ümumtəhsil məktəbi bitirərkən musiqi məktəbini də başa vurub. Elə həmin ili A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfinə qəbul olunub və hərbi xidmətə yollanıb. 

Ordudan tərxis olduqdan sonra Rafiq Rüstəmov təhsilini Ağdam Orta İxtisas Musiqi Məktəbində davam etdirib. Burada da onun tar müəllimi Cəlal Əliyev olub. Hələ Ağdam Orta İxtisas Musiqi Məktəbindəki təhsil illərində Rafiqin yaxşı tarzən olacağı açıq-aydın özünü büruzə verib, o, özünü hələ gənc ikən tam mükəmməl ifaçı kimi təsdiq edib. Orta ixtisas təhsili alarkən istedad və qabiliyyəti ilə diqqəti cəlb edən Rafiq Rüstəmov Ağdam Orta İxtisas Musiqi Məktəbində müəllim kimi işə qəbul olunub və "Şur" ansamblının konsertmeysteri təyin edilib.

32 yaşında ailə quran Rafiq Rüstəmov muğam sənətinə bəslədiyi sonsuz sevginin əlaməti olaraq övladlarına - qızına Şahnaz, oğlanlarına isə Rahab, Mahur və Şüştər adlarını verib.

Qarabağda istedadlı gənclərin çox olması və onların musiqi təhsilinə cəlb edilməsini təmin etmək məqsədilə Ağdam Rayon Partiya Komitəsinin 1-ci katibi Sadıq Murtuzayevin, mədəniyyət naziri Zakir Bağırovun, Ağdam rayon Mədəniyyət Şöbəsinin müdiri Çimnaz Əliyevanın dəstəyi ilə 1985-ci ildə Ağdamda Xan Şuşinski adına rayonlararası Muğam Məktəbi yaradılarkən Rafiq Rüstəmov həmin təhsil ocağına direktor təyin edilib. Rafiq müəllim kəndbəkənd, oba-oba gəzərək yaxşı səsi olan 30 nəfər uşağı rəhbərlik etdiyi məktəbə cəlb edib. Yüksək təşkilatçılıq bacarığına, şirin danışığa, insanlarla dil tapmaq üstünlüyünə, səbrə, dözümə, inama, mərhəmətli qəlbə malik Rafik Rüstəmov bütün sədləri, çətinlikləri keçərək məktəbi ayağa qaldıraraq bir sıra uğurlara imza atıb. Abdal-Gülablıdan Feyruz Səxavətin, Siyavuş Səyyafoğlunun, Mərzilidən Sevinc Sarıyevanın, İsmayılbəylidən Humay Məmmədovanın, Şurabaddan Səbuhi İbayevin, Ağcabədinin Köyük kəndindən Fəqani Əliyevin, Üçoğlandan Azər Rüstəmovun, Xocalının Meşəli kəndindən Habil Hacıyevin, Şuşadan Cabir Əliyevin və başqalarının muğam sənətində püxtələşməsində, xalq mahnılarımızın mahir ifaçısı kimi yetişməsində Rafiq Rüstəmovun gərgin əməyi olub.

Rafiq Rüstəmov 1986-cı ildə direktoru olduğu məktəbin nəzdində "Qarabağ bülbülləri" ansamblını yaradıb. "Qarabağ bülbülləri" zaman-zaman bir sıra uğurlara imza atıb. Rafiq Rüstəmov yaradıcısı olduğu kollektivi ilə respublikamızda, bir çox Avropa ölkələrində, keçmiş SSRİ respublikalarında Azərbaycanın muğam və xalq mahnılarını uğurla təbliğ edib.

Rafiq Rüstəmov 1980-1985-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi yolla təhsil alıb.

1988-ci ildən ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətlər başlayanda bütün varlığı Qarabağ sevdasından yoğrulmuş Rafiq Rüstəmovun da vətən təşnəli qəlbi xalqımızın başına gələn faciələri öncədən duyurmuş kimi narahatçılıqlar keçirib. Təsadüfi deyil ki, 1989-cu ildə Ağdamda İmarətdə beynəlxalq "Xarı bülbül" festivalında Qədir Rüstəmov "Sona bülbüllər"i oxuyanda, tarda onu müşayiət edən Rafiq Rüstəmov işğalından dörd il öncə Qədirin səsini festivala gəlmiş minlərlə insanla, xan çinarlarla, İmarətin otu ilə, çiçəyi ilə vida, Ağdama, Qarabağa ağı kimi qəbul edib.

Vətən torpaqları işğal altında olan illərdə Rafiq Rüstəmovun da əlləri Uca Allahın dərgahına qalxaraq, Böyük Yaradandan Qarabağın azadlığını diləyib. Kərbəla ziyarətində dualar edərək, ata-babalarımızın əmanəti olan torpaqlarımızın mənfur düşməndən təmizlənməsini arzulayıb və bir an belə Ulu Tanrının ilahi ədalətinə ümidini itirməyərək Rafiq müəllim əmin olub ki, bir gün niyyət etdiyi 100 qurbanı Şuşada Cıdır düzündə, Ağdamda isə İmarətdə kəsəcək. İnamını itirməyib ki, gün gələcək o, diz qoyub Şuşanın, Ağdamın şəhid, qazi qanı ilə yuyulmuş torpağını öpəcək. 

Qarabağ müharibəsi Xan Şuşinski adına Ağdam Muğam Məktəbinin də taleyinə keşməkeşli tarix yazıb. 1993-cü il iyulun 23-də Ağdam şəhəri işğal olunduqdan sonra Xan Şuşinski adına Ağdam Muğam Məktəbi qısa müddət Göytəpə kəndində Məhəmməd adlı bir kişinin evində fəaliyyətini davam etdirib. 1994-cü ildən isə Bərdə şəhərindəki Mədəniyyət Sarayında və "Türk çadır şəhərciyi"ndə, Abşeron rayonunun Saray qəsəbəsində fəaliyyət göstərib. Daha sonra isə fəaliyyətini Bakı şəhərindəki 284 saylı tam orta məktəbdə davam etdirib. Rafiq müəllimin gərgin əməyi sayəsində burada hər cür şərait yaradılıb. Öz səliqə-sahmanı ilə seçilən təhsil ocağının foyesində Ağdam Muğam Məktəbinin keçmişi, dünəni və bu günü haqqında məlumat verən guşə təşkil olunub. Həmin muzeydə Xan Şuşinskinin büstü qoyulub. Rafiq müəllimin şəxsi vəsaiti hesabına korifey sənətçilərin portretləri səliqə ilə divardan asılıb. 

Harada fəaliyyət göstərməsindən asılı olmayaraq Rafiq Rüstəmovun rəhbərlik etdiyi Xan Şuşinski adına Ağdam Muğam Məktəbinin, "Qarabağ bülbülləri" ansamblının daim xoş sədaları gəlib. 1988-ci ildə Moskva şəhərində görkəmli musiqişünas Viktor Belyayevin 100 illik yubileyində, 1989-cu ildə İraqda Babilistan festivalında, 1990-cı ildə İstanbul şəhərində qastrolda, 1990-cı ildə Moskva şəhərində uşaq xeyriyyə fondunun telemarafonunda, 1991-ci ildə Ankara şəhərində III Cocuq şənliyində, 1991-ci ildə Düşənbədə keçirilən festivalda, 2000-ci ildə Azərbaycan Respublikası üzrə musiqi məktəblərinin muğam müsabiqəsində, 2004-2005-2006-cı illər respublika üzrə keçirilən xor müsabiqələrində, 2005-ci ildə Fransanın Lion şəhərindəki konservatoriyada, Fransanın Lill şəhərindəki opera konsertində, 2006-cı ildə Fransanın Di şəhərində Şərq-Qərb festivalında, 2008-ci ildə Fransanın Vizil şəhərində İnqilab muzeyində, 2009-cu ildə Bakı şəhəri İdman və Gənclər Nazirliyi tərəfindən keçirilən I Uşaq Beynəlxalq muğam festivalında, 2010-cu ildə Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin Respublika Uşaq Musiqi İncəsənət məktəblərinin xanəndəlik sinfi üzrə keçirilən festivalda, 2010-cu ildə Fransanın Lion, Lill, Kranabel şəhərlərində keçirilən muğam konsertlərində, 2010-cu ildə İsveçrədə Azərbaycan Mədəniyyət və İncəsənət günlərində, 2011-ci ildə III Beynəlxalq Uşaq Muğam festivalında, 2011-ci ildə Gürcüstan Respublikası Batumi şəhərində keçirilən Beynəlxalq festivalda, 2012-ci ildə Azərbaycan professional vokal sənətinin banisi SSRİ Xalq artisti Bülbülün anadan olmasının 115 illik yubileyinə həsr olunmuş Milli musiqi alətləri ifaçıları və xanəndələrin I müsabiqəsində, 2012-ci ildə Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına Respublika Muğam Festivalında, 2012-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən "Pöhrə 2012" istedad müsabiqəsində,  2012-ci ildə Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin 20 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə, 2013-cü ildə uşaqlar üçün təşkil olunmuş "Yeni il şənliyində", 2016-cı ildə Böyük Britaniya Kraliçası II Elizabetin anadan olmasının 90 illik yubileyində və s. Rafiq Rüstəmov və onun rəhbərlik etdiyi musiqiçilər milli musiqimizi, muğamlarımızı, zəngin musiqi sərvətimizi tanıtmaqla, onu sevdirməklə təqdirəlayiq xidmətlər göstərib. Bütün tədbirlərdə Rafiq Rüstəmov təsirli, ecazkar ifası, işlətdiyi barmaqlar, vurduğu incə, zərif xallarla özünəməxsus, fərdi ifaçılıq üslubu ilə qəlbləri fəth edib.

Uğurlu çıxışları və yüksək ifaçılıq məharətinə görə bir çox mükafatlara layiq görülmüş Rafiq Rüstəmov 1989-cu ildə səmərəli fəaliyyətinə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

  Rafiq Rüstəmovun musiqi xəzinəmizin qorunub saxlanılması və istedadlı uşaq və yeniyetmələrin bu sahəyə cəlb edilməsi yolundakı fədakarlığı ədəbi ictimaiyyətin də diqqətində olub. Haqqında 15 kitab və 150-yə yaxın qəzet-jurnalda uğurlarından yazılar dərc edilib. 2020-ci ildə R.Behbudov adına Dövlət Mahnı Teatrında Ağdam Muğam Məktəbinin direktoru Rafiq Rüstəmovun 70 illik yubiley tədbirinin keçirilib.

...Əsl vətənpərvər, qəlbi daim Vətənlə bağlı olan Rafiq Rüstəmov artıq neçə illərdir ki, Londonda yaşayır. O, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Səfirliyi, Londonda fəaliyyət göstərən "Azərbaycan evi" Dostluq və Mədəniyyət Mərkəzi ilə yaxından əməkdaşlıq edərək Vətəndən uzaqlarda milli musiqimizi, muğamlarımızı, zəngin musiqi sərvətimizi tanıtmağa və sevdirməyə böyük əmək sərf edir. Londonda Müstəqillik Günü, Zəfər Günü, 20 Yanvar faciəsi, Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə Rafiq Rüstəmov musiqi sərvətimizin zənginliyi və ifaçılıq sənətimizin yüksək səviyyəsini, milli-mənəvi dəyərlərimizi peşəkarlıqla nümayiş etdirir.

 Yüksək intellektual səviyyəli musiqişünas, təcrübəli pedaqoq, Azərbaycan muğamlarının bilicisi və mahir ifaçısı, zəhmətkeş, mərhəmətli və nəcib insan kimi uzaq Londonda da dərin hörmət qazanmış Rafiq Rüstəmovun yüksək ifaçılıq məharəti ilə Azərbaycan incəsənətinin təbliğinə, Azərbaycan diasporunun inkişafında təqdirəlayiq xidmətlərinə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri Emil Süleymanov, sabiq səfir Tahir Tağızadə, "Azərbaycan evi" Dostluq və Mədəniyyət Mərkəzinin rəhbəri Əli Tekin Atalar tərəfindən dəfələrlə yüksək qiymət verilib.

 Mənalı ömrünün səkkizinci onilliyini başa vuran, Zəfər tarixli Qarabağın səadətindən mərhəmət dolu qəlbi daim vətən sevdası ilə çırpınan Əməkdar mədəniyyət işçisi Rafiq Rüstəmova 80 illik yubileyi münasibətilə təbrik edir, ona ən xoş arzularımızı yetirir, möhkəm cansağlığı, uzun ömür və sənətdə yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://525.az
archiveBu xəbər 19 İyun 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see406

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see345

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see339

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see309

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see247

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see222

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see190

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see181

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see181

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see179

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see174

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see170

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see161

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see161

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see146

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri