Loqo mübahisəsi baha başa gəldi: Çin şirkətinə 1,5 milyon dollarlıq cərimə
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Fengmian" internet nəşri məlumat yayıb.
Bildirilib ki, Çin şirkəti məhkəmənin bu qərarından şikayət etmək niyyətindədir.
Suçjou şəhər məhkəməsi müəyyən edib ki, südlü çay istehsalçısı və onun filialı "Louis Vuitton Malletier"ə məxsus qeydiyyatdan keçmiş yeddi əmtəə nişanı üzrə müstəsna hüquqları pozub.
Məhkəmənin qərarına əsasən, Fransa brendinə dəymiş iqtisadi ziyana görə 10 milyon yuan, hüquqların müdafiəsi xərclərinə görə isə 300 000 yuan (təxminən 44 200 dollar) ödənilməlidir. Eyni zamanda, mağazanın özünün də 100 000 yuan (təxminən 14 700 dollar) məbləğində kompensasiya ödəməsi tələb olunur. Bundan əlavə, "Molly Tea" şirkəti əmtəə nişanı ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirən rəsmi bəyanat yaymalıdır.
Xatırladaq ki, "Louis Vuitton Malletier" 2025-ci ilin may ayında "Molly Tea"yə qarşı məhkəmə iddiası qaldırıb. Buna səbəb Çin şirkətinin loqotipindəki dördləçəkli gül forması ilə "Louis Vuitton"un firma ornamenti arasındakı bənzərlik olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 İyul 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















