Carlsberg Azerbaijan şirkətinə cərimə kəsilib
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Abşeron Rayon Məhkəməsində "Calsberg Azerbaijan" MMC-yə yazılan inzibati protokola baxılıb.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkət cərimələnib.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Qeyd edək ki, Baş direktoru Alius Antulis olan "Carlsberg Azerbaijan" şirkəti "Xırdalan”, "Tuborg”, "Xırdalan Draft”, "Xırdalan Export”, "Kuler”, "Əfsanə”, "Baltika 7", "Baltika 0", "Baltika 9", "Jiqulyovskoye firmennoye", "Kvas Taras" pivələrini istehsal edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 21 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















