Icma.az
close
up
RU
Loqoped autizmli uşaqlarda yaranan nitq geriləməsinin səbəblərini açıqlayıb

Loqoped autizmli uşaqlarda yaranan nitq geriləməsinin səbəblərini açıqlayıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

Autizm sindromu dedikdə, buraya spesifik kommunikativ və sosial pozuntular, stereotip davranış, koqnitiv asinxroniya (qeyri-bərabər inkişaf) aid edilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova deyib.

Onun sözlərinə görə, autizm sindromlu uşaqların potensial dərəcəsini nəzərə alaraq loqopedik işdən öncə adaptasiyası üçün xüsusi mütəxəssislərin cəlbi olmadan başlanması məsləhət görülmür. Loqopedik korreksiya işi əsasən nitqin anlaması, söz ehtiyatının artması, nitqin səs tələffüzünün, qrammatik tərəfinin inkişafı və ən əsası rabitəli nitqin formalaşması üzərindən aparılır. Autizm sindromlu uşaqlarla işləyən loqopedlərdə pedaqoji bacarıqların olması önəmlidir. Loqopedin işi zamanı şifahi nitqin təqlidi önəmlidir. Autizm sindromlu uşaqlarda da təqlid bacarığı zəif olduğu zaman loqopedik işin keyfiyyəti aşağı düşür.

A.Ələkbərova bildirib ki, autizm sindromlu uşaqlarda istəklərini ifadə edə bilməsi, sosial cavab reaksiyasını verməsi, informasiyanı cavablandırması və şərh etməsi, diqqəti cəlb etməyi və sual verməyi, emosiyanı, hissləri ifadə etməyi bacarması və onlar haqqında məlumat bildirməsi, sosial davranışların və dialoq bacarıqlarının formalaşdırılması önəmlidir: “Misal olaraq, sosial cavab reaksiyası zamanı cəmiyyətdə kontakt, kommunikasiya, özünə xidmət kimi vərdişlərin olması hər bir uşağa aiddir. Yaşa uyğun marketdə alış-veriş etməyi bacaran, ev işlərinə cəlb edilən uşaqlar gələcəkdə özü üçün düzgün seçim etməyi daha tez öyrənirlər. Düzgün seçimlər etməyi, həmçinin sosial bacarıqların, fiziki fəaliyyətin, məntiqi təfəkkürün inkişafına, kiçik-böyük motor bacarıqlarının formalaşmasına, ehtiyacların ödənilməsinə, təcrübə qazanmaqlarına köməklik etməyi öyrədir. Nizam-intizam, dözümlülük, hətta diqqətin korreksiyası, əl-göz koordinasiyası üçün məişət aktivliyi autizm sindromlu uşaqların sosial bacarıqlarını dəstəkləyir”.

Loqoped korreksiyanın ilkin mərhələsində uşağın valideynlərinin iştirak etməsini daha arzu olunan hesab edib: “Müasir dövrdə texnika cəmiyyətimizin bir hissəsi olmasına baxmayaraq, istər nitq əlilliyi olan, istər nitq əlilliyi olmayan uşaqların uzun müddətli televizor, telefon, planşetdən istifadəsi onların dil bacarıqlarının inkişafına mənfi təsir edir. Üç yaşdan yuxarı uşaqlarda, xüsusilə autizm sindromlu uşaqlarda isə belə texnikalardan istifadə məhdud saatlarda olmalıdır. Mavi ekrana erkən məruz qalma nitqin inkişafını ləngidir və ünsiyyət problemlərini ağırlaşdırır. Kiçik yaşlarından bu kimi texnikalardan istifadə edən bir çox uşaqlar gələcəkdə mətnləri, şeirləri, hekayələri dinləyərkən, sözlərin cümlələrlə əlaqələndirilməsi, mənalarının başa düşülməsi, eləcə də yadda saxlamaqda çətinlik çəkirlər. Nəzərə alsaq ki, cizgi filmlərindəki proseslər rəngarəng olduğundan autizm sindromlu uşaqlar gipnotik vəziyyətə düşürlər. Bu zaman kommunikativ funksiya öz fəaliyyətini ləngidir, sonradan inkişafdan qalmaya da səbəb ola bilir”.

A.Ələkbərova sonda qeyd edib ki, 7-8 yaş arası uşaqlarda korreksiya işi zamanı vaxt bölgüsü düzgün aparıldıqda nitqin alternativ inkişafında telefon, planşet və digər texnikalardan istifadə mümkündür. Korreksiyaedici iş zamanı interaktivlik qorunmaqla dialoji nitqin, alıcı və ifadəedici dilin inkişafına müsbət təsiri müşahidə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri