Los Ancelesdə yenidən güclü meşə yanğınları başlayıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yeni güclü meşə yanğını baş qaldırıb.
BAKU.WS CNN-in məlumatına istinadən xəbər verir ki, yanğın cəmi iki saat ərzində 20 kvadrat kilometr ərazini əhatə edib.
Alovun geniş yayılma təhlükəsi səbəbilə yerli hakimiyyət orqanları Kasteyk gölü ətrafında yaşayan sakinlərin təxliyə edilməsi barədə qərar verib. Yanğının söndürülməsi isə güclü külək səbəbilə çətinləşib və alovun sıx məskunlaşmış ərazilərə yayılma riski artır.
Qeyd edək ki, Kaliforniyada meşə yanğınları 7 yanvar tarixindən bəri davam edir. Meteoroloqların verdiyi məlumata görə, quru və küləkli hava şəraiti yanğının sürətlə yayılmasına şərait yaradır.
Hazırda Los-Anceles bölgəsində yanğınların təsir etdiyi ümumi ərazi 16 min hektardan çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 23 Yanvar 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















