Icma.az
close
up
RU
Los Ancelesdə baş verən yanğında ölənlərin sayı 24ə çatıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Los Ancelesdə baş verən yanğında ölənlərin sayı 24ə çatıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Los Ancelesdə və ətraf bölgələrdə davam edən meşə yanğınlarında 100 mindən çox insanın hələ də təxliyə əmri altında olduğunu bildirən yerli rəsmilər fəlakətin 24 nəfərin həyatına son qoyduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə haber global məlumat yayıb.

Ərazi rəisi Robert Luna mətbuat konfransında Palisades və Eaton yanğınlarına görə 105 min nəfərin təxliyə edildiyini, 87 min nəfərin isə təxliyə xəbərdarlığı aldığını bildirib. "Bu bölgələr müharibə meydanına bənzəyir. Elektrik dirəkləri aşıb, xətlər yerə düşüb, bəzi yerlərdə hələ də yanğınlar var. Bu ərazilər təhlükəsiz deyil," - deyə Luna əlavə edib.

Şəhər Yanğınsöndürmə Xidməti rəhbəri Kristin Krouli Palisades bölgəsində aktiv yanğınların davam etdiyini və əhalinin təhlükəsizliyini təmin etmək üçün ərazinin hazırda geri dönüş üçün uyğun olmadığını deyib. "Yanğın bölgəsində elektrik və su yoxdur, qaz boruları qırılıb, tikililər təhlükəli vəziyyətdədir," - deyə o bildirib.

İlk müdaxilə qruplarının Palisades və Eaton yanğınlarını müvafiq olaraq 11% və 27% nəzarət altına aldıqları qeyd olunsa da, vəziyyətin tam olaraq nəzarətə götürülməsi üçün səylər davam edir.

Yanğınların yol açdığı ziyanların ilkin hesablamalara görə 57 milyard dollar olduğu, lakin bəzi müstəqil təxminlərdə bu rəqəmin 135-150 milyard dollar arasında dəyişə biləcəyi bildirilib.

Həmçinin, Los Ancelesdə meşə yanğınlarından zərər çəkənlərə yardım məqsədilə yaradılmış Kaliforniya İcma Fonuna indiyədək 6 milyon dollar ianə toplanıb.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Truth Social sosial media platformasında Los Ancelesdəki yerli rəhbərliyi tənqid edib. "Bunlar ölkəmizin tarixindəki ən böyük fəlakətlərdən biridir. Minlərlə möhtəşəm ev məhv oldu və daha çoxu məhv olacaq. Ölüm hər yerdədir. Bu yanğınları söndürə bilmirlər. Problem nədədir?" - deyə o paylaşım edib.

Yanğınlar zamanı qanunsuz əməllərə görə 29 nəfərin həbs olunduğu, onların arasında saxta yanğınsöndürən geyimi geyinərək oğurluq edən şəxslərin də olduğu bildirilib.

Yanğın nəticəsində artıq 37 min akrdan çox ərazi kül olub, 12 mindən artıq tikili ziyan görüb, 57 min tikilinin isə yanğın riski altında olduğu açıqlanıb. Rəsmi şəxslər ölü sayının artmasından narahatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 Yanvar 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri