Lozannada Bakıdakı Dünya kubokunun püşkatma mərasimi keçirilib
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Beynəlxalq Gimnastika Federasiyasının Lozannadakı (İsveçrə) mənzil-qərargahında Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun püşkatma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, mərasimdə gimnastların reytinqlərinə əsasən çıxış sırası müəyyənləşib.
Dünya kubokunda təkcə fərdi batut hərəkətləri üzrə deyil, həm də sinxron tullanma üzrə yarışlar baş tutacaq. Yarışda 15 ölkədən gimnastlar iştirak edəcək.
Milli Gimnastika Arenasında keçiriləcək turnirdə tamblinq növündə yığmamızın heyətində Adil Hacızadə və Tofiq Əliyev mübarizə aparacaqlar. Batut gimnastikasında isə təmsilçilərimizdən Selcan Maxsudova, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Şəfiqə Hümbətova güclərini sınayacaqlar.
Qeyd edək ki, yarış fevralın 22-23-də təşkil olunacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 10 Fevral 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















