“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
25 avqust tarixində Frankfurt–Dehli marşrutu üzrə hərəkət edən “Lufthansa” aviaşirkətinin LH760 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb hava gəmisində yaranan texniki nasazlıq olub.
“Boeing 787 tipli hava gəmisi Bakı vaxtı ilə saat 23:26-da Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.
Hava limanının aidiyyəti xidmətləri tərəfindən bütün zəruri tədbirlər görülüb, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub”, - deyə əlavə edilib.
Bu mövzuda digər xəbərlər:“Lufthansa”nın təyyarəsi Bakıda təcili eniş etdi
22 Noyabr 2024 07:58
Londondan Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi
08 Fevral 2026 22:35
“Lufthansa” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş edib
22 Noyabr 2024 07:51
“Lufthansa” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib
22 Noyabr 2024 07:56
Baxış sayı:178
Bu xəbər 25 Avqust 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















