Lüğətdə 500 ə yaxın terminin izahı təqdim edilir ELÇİN SÜLEYMANLI
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Son illərdə əmək bazarında baş verən dəyişikliklər, rəqəmsallaşma, texnologiyanın sürətli inkişafı və yeni məşğulluq formalarının yaranması əmək bazarı ilə bağlı yeni terminlərin meydana çıxmasına səbəb olub".
Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin Sədrinin müavini Elçin Süleymanlı bildirib.
Onun sözlərin görə, bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi sahəsi üzrə Terminologiya Komissiyasının işçi qrupu tərəfindən əmək bazarı terminlərini əhatə edən xüsusi lüğət layihəsi hazırlanıb.
Lüğət hazırlanarkən beynəlxalq təcrübədən, xüsusilə Beynəlxalq Əmək Təşkilatının sənədlərindən və son illərdə bu sahədə aparılan elmi tədqiqatlardan geniş istifadə olunub. Nəşrdə rəqəmsal əmək bazarı, sərbəst məşğulluq, yaşıl iqtisadiyyat, süni intellekt və əmək bazarında yaranan yeni münasibətlərlə bağlı terminlər də yer alıb.
Lüğətdə 500-ə yaxın terminin izahı təqdim edilir. Terminlər Azərbaycan dili ilə yanaşı ingilis və rus dillərində də verilib, onların beynəlxalq praktikada qəbul olunmuş izahları göstərilib.
Layihənin əsas məqsədi müxtəlif qurumlarda, nəşrlərdə və qanunvericilik sənədlərində əmək bazarı ilə bağlı terminlərin vahid metodologiya əsasında istifadəsini təmin etmək, termin fərqliliyini aradan qaldırmaq və bu sahədə vahid yanaşma formalaşdırmaqdır.
Bununla yanaşı, lüğət alimlər, tədqiqatçılar, tələbələr və əmək bazarı sahəsində çalışan mütəxəssislər üçün etibarlı elmi mənbə kimi nəzərdə tutulub.
Lətifə Abdıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 09 İyul 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















