Icma.az
close
up
RU
Lukmanla baş məşqçi arasında soyuq küləklər əsir

Lukmanla baş məşqçi arasında soyuq küləklər əsir

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliya klubu “Atalanta”da sabitlik yenə pozulub.

QOL.az xəbər verir ki,  bu dəfə komandanın hücumçusu Ademola Lukman gündəmə gəlib. Nigeriyalı futbolçu Çempionlar Liqasında “Marsel”lə oyun zamanı (0:0) baş məşqçi İvan Yuriçlə açıq şəkildə mübahisə edib. Buna səbəb 74-cü dəqiqədə Yuriçin Lukmanı əvəz etmək qərarı olub. Futbolçu bu qərardan narazılığını gizlətməyib və meydandan çıxarkən baş məşqçiyə etirazını bildirib. Yuriç isə futbolçuya sərt şəkildə cavab verib. Məlumata görə, məşqçilər korpusunun müdaxiləsi olmasa, vəziyyət daha da gərginləşə bilərdi.

Matçdan sonra Yuriç mətbuata qısa açıqlamasında bunun sadəcə emosianal davranış olduğunu vurğulayıb. Lakin telekadrlar mübahisənin göründüyündən daha ciddi olduğunu göstərir.

İtaliya mətbuatının məlumatına görə, bu gərginliyin kökləri yay transfer pəncərəsinə gedib çıxır. Həmin dövrdə Lukman “Atalanta”dan ayrılmaq istəyib və bir neçə gün məşqlərə qatılmayıb. Futbolçu ilə “İnter” maraqlanırdı, lakin klub onun transfer dəyərini azaltmaqdan imtina etdiyi üçün keçid baş tutmayıb. Lukman daha sonra komandaya qayıdıb, son səkkiz oyunun yeddisində start heyətdə yer alıb və “Milan”ın qapısına qol vurub. Amma “Marsel”lə oyundakı hadisə futbolçu ilə baş məşqçi arasındakı münasibətlərin hələ də tam bərpa olunmadığını göstərir.

Qeyd edək ki, gələn həftə “Atalanta” “Sassuolo” ilə qarşılaşacaq. Bu fonda Lukmanın start heyətində olub-olmaması sual altına düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Noyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri