Icma.az
close
up
RU
Azərbaycanla Türkiyə arasında “soyuq küləklər əsir? ŞƏRH

Azərbaycanla Türkiyə arasında “soyuq küləklər əsir? ŞƏRH

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlərdə Azərbaycanla Türkiyə arasında “soyuq küləklərin” əsməsinə dair iddialar var. Buna səbəb kimi müxtəlif amillər göstərilir. Bu iddianı dəstəkləyənlər son zamanlar Azərbaycan hakimiyyəti ilə Türkiyə müxalifəti arasında münasibətlərin yaxşılaşmasını əsas gətirirlər. Belə ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək onu Zəfər Günü münasibətilə təbrik edib. Tərəflər həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər. 

Bundan başqa, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı olaraq Türkiyənin müxalif nümayəndələrinin bir çoxu Azərbaycana gəlmişdi. İkinci tərəfdən, İlham Əliyevlə R.T.Ərdoğanın Bakıdakı görüşü ilə bağlı yayılan mətbuat məlumatı, demək olar, növbətçi xarakterli idi. Üstəlik, R.T. Ərdoğan səfərdən nisbətən tez qayıtdı və qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində Cənubi Qafqazla bağlı xüsusi mesaj vermədi. Bütün bunlar müəyyən suallar yaradır. 

Maraqlıdır, Azərbaycan və Türkiyə arasında münasibətlər pisləşirmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyahi şərhçi Kənan Novruzov bildirib ki, Yaxın Şərqdəki mövcud durumla bağlı Bakı və Ankara arasında fikri ayrılığının olması mümkündür və bu, təbiidir:

"Çünki Türkiyədən fərqli olaraq Azərbaycanın İsraillə münasibətləri normal səviyyədədir. Həmçinin Azərbaycanın xarici siyasətində balanslılıq prinsipi əsas yer tutur. Bu isə rəsmi Bakıdan mümkün qədər toqquşma tərəfi olmamağı tələb edir. Buna baxmayaraq, sözügedən məsələnin Bakı ilə Ankara arasında ciddi narazılığa səbəb ola biləcəyi ağlabatan görünmür. Hər halda Türkiyə Azərbaycanın mövqeyini nəzərə alır və başa düşür".

Şərhçi qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında münasibətlər unikal xarakterə sahibdir:

"Azərbaycanla Türkiyə strateji müttəfiqdir. Bu, tərəflərin bir çox regionda, o cümlədən Cənubi Qafqazda koordinasiyalı davranmasını şərtləndirir. Hər iki tərəfin müstəqil xarici siyasət kursuna malik olması bəzən Bakı ilə Ankara arasında fikir ayrılığına səbəb olur. Buna baxmayaraq, hər iki dövlət bölgədə sabitliyin təminatçısı rolunda çıxış edirlər. Bu isə o deməkdir ki, Azərbaycan və Türkiyə özlərinin xarici siyasət kurslarında bir – birinin maraqlarını nəzərə alırlar və almalıdırlar".

Onun sözlərinə görə, iki dövlət arasında əlaqələrin yüksək səviyyədə olması həm də liderlərlə bağlıdır:

"Belə ki, prezidentlər bir –birini çox yaxşı başa düşürlər. Siyasi liderlər arasında dostluq münasibətləri dövlətlərarası əlaqələrə də öz müsbət töhfəsini verir. 
Bundan başqa, Azərbaycan və Türkiyə fərqli bölgələrdə, o cümlədən Cənubi Qafqaz, Yaxın Şərq və Şərqi Avropada bir – birinin maraqlarının təmin olunmasına bu və ya digər şəkildə dəstək olurlar.Həmçinin müxtəlif təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxilindəki fəaliyyət də tərəfləri bir- biri üçün əvəzolunmaz partnyora çevirir".

K.Novruzov sonda vurğuladı ki, Azərbaycan və Türkiyənin hər zaman, bütün sınaqlarda bir- birinin yanında olması artıq tarixi faktdır:

"Belə demək mümkünsə, Bakı və Ankara bir - biri üçün sınanılmış partnyordur. Bu isə o deməkdir ki, tərəflər arasında hansısa anda fikir ayrılığı olsa da, bu, situativ xarakter daşıyır və əlaqələrin dərin qatlarına təsir etmir".

Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Noyabr 2024 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri