LUKOIL 14 milyard avroluq xarici aktivlərini itirmək riski ilə üzləşib
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
"LUKOIL"un xarici aktivlərinin "Gunvor" şirkətinə satılması ilə bağlı sövdələşmənin pozulması Rusiyanın bu neft şirkətinin 14 milyard avroluq aktivlərinin itirilməsinə səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Nəşrin hesablamalarına görə, sözügedən məbləğ "LUKOIL"un xaricdə səhm paketinə tam nəzarət etdiyi bölmələrinin minimum dəyərini əks etdirir. Qiymətləndirmə şirkətin Avstriyadakı beynəlxalq bölməsinin və Niderlanddakı törəmə şirkətlərinin sənədlərinə əsaslanır.
ABŞ-nin sanksiyalarına məruz qalan "LUKOIL" və onun törəmə şirkətləri ilə əməliyyatların dayandırılmasına noyabrın 22-dək vaxt verib. Rusiya neft bazarının iştirakçılarından biri nəşrə müsahibəsində ehtimal edib ki, şirkətin xarici aktivlərindən "Gunvor"un xeyrinə imtina etmiş bəzi alıcılar danışıqlara dönə bilərlər. Amma "LUKOIL"un sahibləri özlərini artıq aktivlərinin müsadirə olunacağına hazırlayırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 12 Noyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















