“LUKOIL” aktivlərini 10 milyard dollara satır
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın “LUKOIL” şirkəti beynəlxalq enerji aktivlərinin satışı ilə bağlı ABŞ milyarderi Todd Boeli ilə razılaşma əldə edib.
Gununesi.info xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Vahid Ələkbərovun təsis etdiyi şirkətin aktivlərinin alınması ilə bağlı razılaşmanı Todd Boeli ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) da yer aldığı konsorsium adından imzalayıb.
Sövdələşmənin şərtlərinə əsasən, 10 milyard dollar dəyərində “LUKOIL” qiymətli kağızlarının şirkətin beynəlxalq aktivləri ilə dəyişdirilməsi nəzərdə tutulur. Razılaşma tərəflər arasında bir ildən çox davam edən danışıqların nəticəsində əldə olunub.
Bununla belə, sövdələşmənin yekunlaşması ABŞ Maliyyə Nazirliyinin qərarından asılı olacaq. 2025-ci ilin oktyabrında “LUKOIL”a sanksiyalar tətbiq edən qurum razılaşmanı milli təhlükəsizlik maraqları baxımından qiymətləndirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 25 Noyabr 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















