LUKOIL xarici aktivlərinə vahid alıcı axtarır
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilən Rusiyanın "LUKOIL" şirkəti xarici aktivləri üçün vahid alıcı axtarır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, məşhur şirkət aktivlərini hissə-hissə satmaq əvəzinə, birdəfəlik razılaşmaya üstünlük verməyə çalışır.
Qeyd olunur ki, "ExxonMobil", "Chevron", "Abu Dhabi National Oil" və Amerika investisiya fondu "Carlyle" kimi nüfuzlu şirkətlər "LUKOIL"a maraq göstərirlər.
Bununla belə, həmin qurumları konkret biznes seqmentləri maraqlandırır ki, bu da danışıqlarda çətinlik yaradır.
Nəşrin iddiasına görə, Rusiya şirkətinin aktivləri iki mərhələdə satıla bilər. Əvvəlcə bir alıcı şirkətin bütün səhmlərini alır, sonra isə aktivlər hissə-hissə satışa çıxarılır.
Baxış sayı:101
Bu xəbər 19 Noyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















