Icma.az
close
up
RU
“Lukoil” beynəlxalq aktivlərinə alıcı tapıb

“Lukoil” beynəlxalq aktivlərinə alıcı tapıb

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şirkət beynəlxalq əmtəə treyderi “Gunvor”dan təklif alıb və qəbul edib

ABŞ və Böyük Britaniyanın sanksiyalarının tətbiqindən sonra beynəlxalq aktivlərini satışa çıxaran “Lukoil” beynəlxalq əmtəə treyderi “Gunvor”dan təklif alıb və qəbul edib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, Rusiya neft şirkətinin açıqladığı təklif olunan satınalma “Lukoil International GmbH”nin 100 faizinə aiddir.

Tərəflər müqavilənin əsas şərtləri barədə razılığa gəliblər. Şirkət digər potensial alıcılarla danışıqlar aparmamağa razılıq verib.

“Lukoil”dan bildirilib ki, əməliyyat xüsusən də məcburi müqavilənin bağlanması üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) təsdiqi, eləcə də zəruri hallarda digər ölkələrdə digər lisenziyalar, icazələr və təsdiqlər tələb olunur.

Məlumatda deyilir: "Lazım gələrsə, tərəflər əməliyyat başa çatana qədər beynəlxalq aktivlərin və onların bank xidmətlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün mövcud OFAC lisenziyasının, eləcə də digər icazələrin müddətinin uzadılmasını planlaşdırırlar".

“Lukoil” şirkətin xarici aktivlərinin satışının müəyyən ölkələr tərəfindən şirkətə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqəli olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi ötən həftə “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Eyni zamanda, “Lukoil”  15 oktyabrda Böyük Britaniyanın sanksiya siyahısına əlavə edilib.

“Lukoil” və “Rosneft”in iştirak etdiyi Azərbaycan və Qazaxıstandakı beynəlxalq layihələr isə 14 oktyabr 2027-ci ilə qədər sanksiyalardan azad edilib. Bunlara Xəzər Boru Kəməri Konsorsiumu (CPC), “TengizChevroil”, “Şahdəniz”, Cənubi Qafqaz Qaz Kəməri, Azərbaycan Qaz Təchizatı Şirkəti və “Karaçaqanak” daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://ayna.az
archiveBu xəbər 31 Oktyabr 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri