Icma.az
close
up
RU
Lüks maşın almaq istəyənlər yarım milyon itirdi Üç nəfər həbs olunub

Lüks maşın almaq istəyənlər yarım milyon itirdi Üç nəfər həbs olunub

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerika Birləşmiş Ştatlarından avtomobil gətirib satanlar həbs ediliblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dilerlər yarım milyonluq dələduzluqda təqsirli biliniblər.

Şikayətlər əsasında 34 yaşlı Tapdıq Qarayev, 33 yaşlı Orxan Şükürov və 24 yaşlı Bəylər Əhmədzadə polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İlk iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Onlardan Bəylər hadisə vaxtı ADA Universitetinin tələbəsi olub. O, Orxanla elə avtomobil almaq məqsədilə tanış olub. Sonradan birlikdə işləməyə razılaşıblar.

İstintaq materiallarına əsasən, 2023-cü ildən Orxan Şükürov, Tapdıq Qarayev və Bəylər Əhmədzadə “Bidgroup.az” adlı instaqram səhifəsi vasitəsilə vətəndaşlara ABŞ-dən avtomobil gətirib satmağı təklif ediblər. Onlar özlərini “Lion Trans” şirkətinin dileri kimi təqdim edərək “Jeep Wrangler”, “BMW F10”, “BMW X7”, “Range Rover” və “BMW G30” kimi lüks avtomobilləri 2-3 ay ərzində gətirəcəklərini bildiriblər.

Zərərçəkmiş qismində tanınmış Əflatun Həsənov, Elsevər Hüseynov və Kənan Sahibov sifarişlər üçün ümumilikdə yarım milyon manata yaxın pul ödəyib. Lakin avtomobillər gətirilməyib və alıcılar aldadılıb.

Təqsirləndirilən şəxslər məhkəmədə özlərini təqsirli bilməyiblər. Əvvəlcədən uzun müddət problemsiz avtomobil gətirdiklərini, sonradan borc və başqa problemlərlə qarşılaşdıqlarını deyiblər. Onlar avtomobillərin gətirib təhvil verilməməsinə görə istintaqdan kənarda qalan başqa şəxslərin də məsuliyyət daşıdığını iddia ediblər.

Zərərçəkmişlər isə dəymiş ziyanın hələ də ödənilmədiyini bildiriblər.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi yekunda ittihamı əsaslı hesab edib. Hakimlər belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır.

Hökmə əsasən, Orxan Şükürov və Tapdıq Qarayev 7 il, Bəylər Əhmədzadə isə 6 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər. Tələbəlik dövründə cinayət törədən Bəylər məhkəmə zalında həbs edilib.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see635

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see270

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see244

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see218

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see204

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see196

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see191

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see181

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see177

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see175

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see155

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see148

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see142

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see140

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri