Icma.az
close
up
RU
Maşın almaq istəyənlər oxusun KONKRET

Maşın almaq istəyənlər oxusun KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana 675,9 milyon dollar dəyərində 33 772 avtomobil idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 35%, dəyər baxımından isə 30% azalma deməkdir. Minik avtomobillərinin idxalı da 47 199-dan 29 637-yə düşərək 37,2% azalıb.

İdxalın azalması yaxın aylarda avtomobil qiymətlərinə necə təsir göstərə bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, əgər avtomobil bazarında durğunluq müşahidə olunursa, bu, ilk növbədə alqı-satqının zəifləməsi ilə bağlıdır:

“Qiymətlərdəki sabitlik və ya durğunluq adətən bazardakı alıcılıq fəallığının azalmasının göstəricisidir. Ölkəyə gətirilən nəqliyyat vasitələrinin həcmi azaldıqda bazarda təklif də məhdudlaşır. Bu halda sahibkar yeni avtomobil sifariş etməkdə daha ehtiyatlı davranır. Çünki avtomobilin ölkəyə gətirilməsi üçün əvvəlcədən vəsait yatırılır, bu vəsait bəzən kredit, bəzən isə borc hesabına təmin edilir. Satışın ləngiməsi isə həmin vəsaitin dövriyyəsini çətinləşdirir. Avtomobil bazarında əsas amillər ölkəyə idxal edilən nəqliyyat vasitələrinin sayı, keyfiyyəti və yaşıdır. Bu göstəricilər bazarın ümumi vəziyyətinə və qiymətlərin formalaşmasına birbaşa təsir edir. Eyni zamanda, avtomobillərin daşınması və logistika xərcləri də mühüm rol oynayır”.

Ekspert bildirib ki, nəqliyyat vasitələrinin xarici ölkədən Azərbaycana çatdırılması, logistikanın təşkili və digər əlaqəli xərclər son qiymətə təsir göstərən əsas amillərdəndir:

“Sahibkar avtomobili ölkəyə gətirərkən əvvəlcə onun satış perspektivini və əldə edəcəyi gəliri hesablayır. Əgər bazarda tələbat aşağıdırsa, bu, yeni avtomobillərin idxalına da mənfi təsir göstərir. Nəticədə bazara yeni avtomobillərin daxil olması azalır və bu da əvvəlki dövrdə ölkəyə gətirilmiş, xüsusilə də işlənmiş avtomobillərin birmənalı olaraq qiymətlərinin bahalaşmasına gətirib çıxaracaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 İyul 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri