Icma.az
close
up
RU
Lyambliozun diaqnostikası və müalicəsi

Lyambliozun diaqnostikası və müalicəsi

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Lyamblia (Giardia lamblia) mikroskopik birhüceyrəli parazitdir. Bu parazit insanın bağırsaqlarına düşəndə bağırsaqların selikli qişasını qıcıqlandırır və burada iltihaba səbəb olur.

Nəticədə lyamblioz xəstəliyi inkişaf edir. Lyamblioz kifayət qədər yayılmış patologiyadır. Uşaqlarda lyamblioza daha tez-tez təsadüf edilir.

Lyamblialar yoluxmuş insanın bağırsaqlarında müəyyən müddətdən sonra böyüyür,  sərt qişa ilə (sista) örütülür və nəcislə xaricə ifraz olunur. Belə sistalar milyonlarla ifraz olunur və xarici mühitin təsirlərinə çox davamlı olur (uzun müddət ərzində sağ qalır). Lyamblialar insan orqanizminə çirkli su, yuyulmamış meyvə, tərəvəz, giləmeyvələrdən, çirkli qablardan, oyuncaqlardan və s. düşə bilər. Həmçinin milçək və tarakanlar da  lyambliaları daşıya bilər. İnsan orqanizminə düşdükdən sonra lyamblialar sürətlə çoxalmağa başlayır.

Bir çox hallarda lyamblia ilə yoluxma özünü heç bir əlamətlə büruzə verməyə bilər və özü özündən müalicəsiz keçə bilər. İnsanın immun sistemi lyambliaları məhv edir.

Digər hallarda yoluxmuş insanda lyamblioz inkişaf edə bilər. Əksər hallarda bu immun sistemi zəif olan insanlarda baş verir. Uşaqların immun sistemi hələ ki tam formalaşmamış olur ki, bu səbəbdən onlarda lyamblioz daha tez-tez aşkar olunur. Digər tərəfdən uşaqlar tez-tez barmaqlarını, müxtəlif kiçik əşyaları, oyuncaqları ağzına salır ki, bu da yoluxmanın riskini daha da artırır.

Lambliozun simptomları 1-2 həftədən sonra üzə çıxmağa başlayır. Lyamblia əsasən nazik bağırsağı zədələyir. Nazık bağırsaqda qidanın sovrulması prosesi baş varir. Lyamblioz zamanı yağların, karbohidratların, zülalların, vitaminlərin sovrulması pozulur. Həmçinin lyamblialar öd kisəsinə, öd yolların və qara ciyərə düşə bilər və burada müxtəlif pozulmalara səbəb ola bilər.

Lyambliozun simptomları:

- Uzunsürən ishal (nəcis üfunətli, köpüklü olur). İshal bir neçə həftə ərzində davam edə bilər. İshal qəbizliklə növbələşə bilər.

- Göbək nahiyəsində kəskin ağrılar.

- Qarında köp və qazların yığılması.

- Ürəkbulanması, bəzən qusma.

- İştahanın azalması.

- Qıcqırma, gəyirmə.

- Dəridə qırmızı qaşınan səpgilərin əmələ gəlməsi, dərinin quru olması, rənginin pisləşməsi.

- Baş ağrıları, əsəbilik, yorğunluq, yuxusuzluq.

- Arıqlama (ağır formalarda).

Lyambliozun ilk simptomlarında qastroenteroloqa və ya infeksionist həkiminə müraciət etmək lazımdır. Vaxtında başlanmış müalicə tam sağalma ilə nəticələnir.

Lyamblioz diaqnozunu təsdiqləndirmək üçün həkim xüsusi qan analizləri təyin edir. Həmçinin koproqramma (nəcisin analizi) təyin olunur.

Lyambliozun müalicəsində xüsusi dərman preparatları və pəhriz istifadə olunur.

Uzun müddət ərzində mövcud olan lyamblioz çox ciddi ağırlaşmalara səbəb ola bilər. Bu səbəbdən lyambliozu vaxtında müalicə etmək lazımdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri