Lyubov Uspenskaya qazaxları təhqir etməkdə ittiham olunub
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
...Müğənni Lyubov Uspenskaya komik Nurlan Saburov haqqında dediyi sözlərdən sonra Qazaxıstan xalqına nifrətdə ittiham olunub. Qalmaqallı açıqlama “Sonra nə oldu?” (“Çto bılo dalşe?”) YouTube layihəsində verilib.
SİA-nın məlumatına görə, komediya şousunun iştirakçıları ilə söhbət zamanı Uspenskaya komediyaçı Saburovun "bir qazax üçün çox inkişaf etdiyini" söyləyib.
Sənətçi bu sözləri Nurlanın plastik əməliyyat etdirdiyi iddia edilən zarafatdan sonra deyib.
Verilişin digər iştirakçısı İlya Makarov müğənninin diqqətsiz sözlərinə diqqət çəkib.
...Vay, milliyyətə düşdü! – deyə cavab verdi.
Uspenskayanın açıqlaması Qazaxıstan sosial şəbəkələrində və verilişin səhifələrində tənqidlərə səbəb olub.
Bəzi şərhçilər hesab edirlər ki, 71 yaşlı Lyubov Zalmanovna öz ifadəsi ilə qazaxların kifayət qədər inkişaf etmiş xalq olmadığına eyham vurub.
Sənətçinin sözləri hətta açıq-saçıq “Sonra nə oldu?” formatına görə aşağılayıcı hesab edilib.
...Daha əvvəl məlum olmuşdu ki, müğənni Lyubov Uspenskaya Rusiyanın xalq artisti Filipp Kirkorov haqda dediklərini təkzib edib.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 30 May 2025 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















