Icma.az
close
up
RU
MAA da “Boeing 777” tam uçuş simulyatoru quraşdırılıb

MAA da “Boeing 777” tam uçuş simulyatoru quraşdırılıb

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Aviasiya Akademiyasında (MAA) “Silk Way West Airlines” şirkəti ilə birgə idarəçilik məqsədilə “Boeing 777” tam uçuş simulyatorunun təhvil verilməsinə dair tədbir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Akademiyadan bildiriblər ki, tədbirdə MAA-nın rektoru, akademik Arif Paşayev, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, “Silk Way Group”un şirkətlər qrupunun prezidenti Zaur Axundov və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev iştirak ediblər.

MAA-nın rektoru, akademik Arif Paşayev çıxışında bildirib ki, yeni simulyator həm milli, həm də qlobal səviyyədə aviatorlar üçün yüksək keyfiyyətli pilot hazırlığı imkanlarını təmin edəcək. Simulyator MAA-da müvafiq ixtisas üzrə təhsil alan tələbələrin hazırlığında mühüm rol oynamaqla yanaşı, “Silk Way West Airlines”, “Azərbaycan Hava Yolları” kimi dünyada “Boeing 777” təyyarələrini istismar edən digər hava yolu şirkətlərinin pilot və aviatorlarının bacarıqlarının artırılmasını, aviasiya təhlükəsizliyinin ən yüksək standartlara uyğunluğunu təmin edərək bu təlimlərin əsasını təşkil edəcək.

“Böyük Britaniya mərkəzli L3 Harris Commercial Aviation Solutions” şirkəti tərəfindən istehsal edilmiş simulyator olduqca real təlim təcrübəsi təklif edən və “777-F”, “777-200 LR”, “777-300 ER” kimi üç “Boeing 777” təyyarəsini özündə birləşdirən yeni nəsil modelidir. Qabaqcıl vizuallaşdırma və uçuş simulyasiyası texnologiyaları ilə təchiz edilmiş bu model ən yüksək beynəlxalq aviasiya standartlarına uyğun olaraq, geniş çeşiddə kvalifikasiya sessiyaları, pilot qiymətləndirmələri və sertifikatlaşdırma təlimləri keçirməyə imkan verir.

Qeyd edək ki, sözügedən “Boeing 777” tam uçuş simulyatoruna fevral ayında Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) ekspertləri tərəfindən hərtərəfli baxış keçirilib. Agentliyin uğurlu sertifikatlaşdırma prosesinin ardından yerli aviasiya hakimiyyət orqanları tərəfindən rəsmi tanınma MAA-nın beynəlxalq aviasiya standartlarına sadiqliyini daha da gücləndirəcək.

Simulyator ölkəmizdə istifadəyə verilməklə milli mütəxəssilərimizə qoyulan xərcləri əhəmiyyətli dərəcədə azaltmaqla və əlçatanlığı artırmaqla pilotların təlimlər üçün xaricə getməsi zərurətini aradan qaldırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Mart 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri