Icma.az
close
up
RU
Silk Way West Airlines Milli Aviasiya Akademiyasına Boeing 777 uçuş simulyatorunu təhvil verib

Silk Way West Airlines Milli Aviasiya Akademiyasına Boeing 777 uçuş simulyatorunu təhvil verib

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Silk Way West Airlines" şirkəti Azərbaycanın vacib aviasiya təlim mərkəzi rolunu gücləndirməyə davam edir. Belə ki, hava yolu yükdaşımaları şirkəti təşkil edilmiş xüsusi mərasimdə yeni aldığı "Boeing 777" Tam Uçuş Simulyatorunu (FFS) Milli Aviasiya Akademiyasına (MAA) rəsmən təqdim edib. Tədbirdə MAA-nın rektoru akademik Arif Paşayev, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, ADA Universitetinin rektoru professor Hafiz Paşayev, "Silk Way Group" şirkətlər qrupunun prezidenti Zaur Axundov və Azərbaycan Hava Yolları QSC-nin prezidenti Samir Rzayev iştirak ediblər.

Böyük Britaniya mərkəzli "L3Harris Commercial Aviation Solutions" şirkəti tərəfindən istehsal edilmiş simulyator olduqca real təlim təcrübəsi təklif edən və 777-F, 777-200 LR, 777-300 ER kimi üç "Boeing 777" təyyarəsini özündə birləşdirən bir yeni nəsil modelidir. Qabaqcıl vizuallaşdırma və uçuş simulyasiyası texnologiyaları ilə təchiz edilmiş bu model ən yüksək beynəlxalq aviasiya standartlarına uyğun olaraq geniş çeşiddə kvalifikasiya sessiyaları, pilot qiymətləndirmələri və sertifikatlaşdırma təlimləri keçirməyə imkan verir.

"Boeing 777" Tam Uçuş Simulyatoruna fevral ayında Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) ekspertləri tərəfindən hərtərəfli baxış keçirilib. Agentliyin uğurlu sertifikatlaşdırma prosesinin ardından yerli aviasiya hakimiyyət orqanları tərəfindən rəsmi tanınma MAA-nın beynəlxalq aviasiya standartlarına sadiqliyini daha da gücləndirəcək.

Bu texnologiyanı Azərbaycanda istifadəyə verən "Silk Way West Airlines" xərcləri əhəmiyyətli dərəcədə azaltmaqla və əlçatanlığı artırmaqla pilotların təlimlər üçün xaricə getməsi zərurətini aradan qaldırır. Bundan əlavə, simulyatorun beynəlxalq standartlar üzrə sertifikatlaşdırılması regionun müxtəlif yerlərindən pilotları və aviaşirkətləri cəlb edərək Azərbaycanın aviasiya təhsili üzrə mükəmməllik mərkəzi mövqeyini möhkəmləndirəcək.

MAA rektoru, akademik Arif Paşayev çıxışında bildirib ki, yeni simulyator həm milli, həm də qlobal səviyyədə aviatorlar üçün yüksək keyfiyyətli pilot hazırlığı imkanlarını təmin edəcək. Simulyator MAA müvafiq ixtisas üzrə təhsil alan tələbələrin hazırlığında mühüm rol oynamaqla yanaşı, "Silk Way West Airlines", Azərbaycan Hava Yolları kimi dünyada "Boeing 777" təyyarələrini istismar edən digər hava yolu şirkətlərinin pilot və aviatorlarının bacarıqlarının artırılmasını və aviasiya təhlükəsizliyini ən yüksək standartlara uyğunluğunu təmin edərək bu təlimlərin əsasını təşkil edəcək.

"Silk Way Group" şirkətlər qrupunun prezidenti Zaur Axundov rəsmi təhvil-təslim mərasimində çıxış edərək aviaşirkətin həm Azərbaycanda, həm də dünyada aviasiya sahəsində mükəmməlliyi təşviq etmək öhdəliyini vurğulayıb: "Milli Aviasiya Akademiyasını ən müasir təlim imkanları ilə təchiz etməklə aviasiya mütəxəssislərinin gələcəyinə və beynəlxalq pilotların təhsilində Azərbaycanın rolunun gücləndirilməsinə sərmayə qoyuruq. Bu simulyator təkcə pilotlarımıza deyil, həm də qlobal aviasiya ictimaiyyətinə xidmət edərək təlim keyfiyyəti və əlçatanlıqda yeni meyarlar müəyyən edəcək".

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanı mərkəzli 12 müasir "Boeing 777F", "Boeing 747-8F" və "Boeing 747-400F" yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir.

Dayanıqlılıq və səmərəlilik öhdəliyinə uyğun olaraq, "Silk Way West Airlines" qlobal logistika tələblərinə daha yaxşı cavab vermək məqsədilə dörd "Boeing 777F", iki "Boeing 777-8F" və iki "Airbus A350F" daxil olmaqla öz donanmasını 2030-cu ilədək səkkiz yeni ən müasir təyyarə ilə yeniləməyi planlaşdırır.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Avropa, MDB ölkələri, Yaxın Şərq, Asiya və Amerika qitəsi üzrə 40-dan çox istiqaməti əhatə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Mart 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri