Icma.az
close
up
RU
Maaş azlığı, yoxsa alim riyakarlığı

Maaş azlığı, yoxsa alim riyakarlığı

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Maaş azlığından gileylənir…

Görən də deyir, dövlətin o qədər qayğısına qalıb ki, indi də ondan yüksək maaş tələb edir. Nə alim kimi alim, nə də adam kimi adam oldular. Bəla burasındadır ki, maaş azlığından giley edən alim diplomlu bu hiyləgər tüfeylilərin yüksək təminatlı həyat şəraiti var. Əlləri cinayət burulğanında burulan akademşəbəkənin cibindədir. Guya maaşa baxan olublar?!

Ey alim! Universitetləri demirəm, akademiyada, elmi-tədqiqat institutunda dövlətin ayırdığı milyonlarla vəsaitin mənimsənilməsinə, bir dəfə də olsun, etiraz etdinmi? Etmədin! Gözün kor, qulağın kar, dilin lal oldu, deyilmi?! Əksinə, həmin akademiklə, direktorla, işbaz professorla, cibəgirən elmlər doktoru, fəlsəfə doktoru və digərləri ilə əlbir oldun, özünə “gün ağladın”, susdun, bircə maaş adı gələndə dövləti lənətləmək yadına düşdü.

Ey haqq, ədalət, dürüstlük, vətənpərvərlik donuna girib şəxsi marağı naminə böyük bir auditoriyanın avamlığını istismar edən çoxbilmiş üləmayi-ictimailər! Akademik dostlarınız, sinif yoldaşlarınız, qohumlarınız, yerliləriniz dövlətin maliyyə kapilyarlarını gəmirəndə niyə səsiniz çıxmır və axta buzova dönürsünüz?! Axır-başı insanlar sizin də riyakarlığınızı biləcək!

İctimai xadim cildində təzahür edənləri hələ demirəm, alim riyakarlığı nə qədər iyrənc, dağıdıcı və bədxah olurmuş?! Barı, utanın, səsiniz çıxmasın! Bir az araşdıran kimi milyonluq eviniz, mülkünüz dil açıb danışır. Sizin maaşınızı artırmaq yox, azlaltmaq daha düzgün addım olardı. Ölkədəki harın, riyakar alimlərin statistikası aparılsa, qandondurucu maliyyə fırıldaqları, daha nələr və nələr üzə çıxar…

Differensial əmək haqqı sistemi tətbiq olunmalıdır. Bəs o milyonlar akademiyaya nə üçün ayrılır? Maaşdan əlavə gerçək elmi iş görənlərə şərait yaradılması üçün. Bunları yeyən akademik boslara səsi çıxmayan namərd alim kütləsi “dilsiz-ağızsız” dövlətə dil uzadır, öz eybini isə görmür.

Ey “maaş azdır” deyib milyonların mənimsənilməsini arxa plana keçirməyə çalışanlar! “Maaş azlığı”ndan şikayətlənməkdən əvvəl yanbızını yaladığınız, dövlət maraqlarına qarşı birləşdiyiniz, əməllərini ört-basdır etdiyiniz oğru akademikin, nadürüst direktorun, rüşvətlə tənəffüs edən rerktorun və digər üləmaların təmsil olunduğu zərərli şəbəkədən imtina edin! Onların qanunsuz əıməllərini malalamayın!

Ey alim! Sən xidmət etdiyin, quyruq bulayıb qarşısında baş əydiyin, prinsipsizliyin, öz taleyinə biganəliyin, xalqın və dövlətin vəsaiti sayəsində milyonçuya çevrilən akademşəbəkə boslarını lənətlə yad et, sənə əbədi dayaq ola biləcək dövləti yox! O akademik sənin təriflərindən, mövqesizliyindən, yalgüdənliyindən, haqsızlığa susmağından, riyakarlığa meyilliliyindən şişir, harınlayır, buynuz çıxarır.

Dövlətə nə vermisən ki, indi də alasan?! Yaltaqlıq, karlıq, korluq, lallıq, riyakarlıq, rüşvətxor və oğrularla əlbirlik, mənimsəmə, saxtakarlıq və s. dövlətə töhfə deyil axı. Nə vermisənsə, akademşəbəkəyə vermisən. İndi də al, ala bilirsənsə!

Bu gün şəbəkəyə qoşulmayan bir alim aliləsinin ağır maddi-sosial duruma düşməsinin səbəbi məhz akademik məsuliyyətsizlik və azğınlıqdır!

İdris Abbasov

Professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Yanvar 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri