Icma.az
close
up
RU
Maaş azlığı əmək dəyərinin unudulduğu cəmiyyətin səssiz ağrısı

Maaş azlığı əmək dəyərinin unudulduğu cəmiyyətin səssiz ağrısı

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər səhər eyni mənzərə. İnsanlar tələsik avtobuslara, metroya, maşınlara doluşur. Hər kəsin bir məqsədi var: dolanmaq, ailəsini saxlamaq, ayın sonuna qədər birtəhər çıxmaq. Amma bu tələsikliyin, bu səssiz mübarizənin arxasında bir acı həqiqət gizlənir — maaş azlığı, daha doğrusu, əməyin dəyərsizləşdirilməsi.

Cəmiyyətdə ən çox işləyən, ən çox zəhmət çəkən insanların çoxu ən az qazananlardır. Müəllim, həkim, jurnalist, poçt işçisi, satıcı, fəhlə — fərq etmir. Hər kəs eyni şikayəti dilə gətirir: “Maaşım dolanmağa çatmır”. Və bu sadəcə bir narazılıq deyil, artıq insan ləyaqətinin zədələndiyi sosial problemə çevrilib.

Əgər bir insan 30 gün işləyib qazandığı pulla 10 gün yaşaya bilirsə, burada problem təkcə iqtisadiyyatla deyil, ədalətsizliklə bağlıdır. İnsanlar çalışır, amma o əməyin qarşılığını ala bilmirlər. Həyat bahalaşır, qiymətlər qalxır, amma maaşlar yerində sayır. Sanki işçi təbəqənin səbrindən sınaq götürülür.

Bəzi rəsmi rəqəmlər maaş artımını göstərir, amma real həyat başqa mənzərəni təqdim edir. İnsanlar sadəcə “yaşamaq üçün” işləyir, “yaşamaqdan zövq almaq üçün” yox. Bu fərq bəzən statistikadan da, siyasətdən də böyükdür. Çünki insanın ruhu burada tükənir. Bir çoxları artıq əlavə iş axtarır, bəziləri ölkəni tərk etməyi düşünür. “Əmək miqrasiyası” deyilən anlayış əslində çörək miqrasiyasıdır - insanlar sadəcə yaşamaq üçün gedirlər.

Cəmiyyətin ən ağrılı tərəfi isə odur ki, artıq insanlar az maaşa öyrəşib. Sanki bu, taledir, dəyişməzdir, “hamı belə yaşayır” düşüncəsi hakimdir. Halbuki, heç kim az maaşa, kasıblığa, dəyərsizlik hissinə öyrəşməməlidir.
Əmək dəyərli olanda, insan da dəyərli olur. Maaş təkcə pul deyil, əməyin qiymətidir, insanın özünü qiymətli hiss etməsinin göstəricisidir. Əgər cəmiyyət bu dəyəri itirirsə, orada nə motivasiya qalır, nə də gələcəyə inam.

Bəzən hökumət orqanları maaş artımını müsbət göstərici kimi təqdim edir. Amma artan 10 faiz maaş, 40 faiz bahalaşma qarşısında sadəcə rəqəmdə gözəl görünür. Reallıqda isə dəyişən bir şey yoxdur.
Sanki hər kəs bu dövrəni qəbul edib: bahalaşma, səbr, yenə bahalaşma, yenə səbr... Amma səbrin də bir həddi var. İnsanlar yalnız iqtisadi yox, emosional və mənəvi cəhətdən də yorulurlar.

Hər bir dövlətin inkişafı, təmtəraqlı binalarla, yollarla deyil, vətəndaşın maaşı ilə ölçülür. Əgər vətəndaş maaşını sayaraq yaşamaq məcburiyyətindədirsə, deməli, o dövlətin iqtisadi siyasətində bir şeylər düzgün getmir.
Əsl rifah, sadə insanın rahat yaşaması ilə başlayır — kirayə, ərzaq, dərman, geyim, uşaq təhsili... Bunları düşünmədən yaşamaq azadlığını heç kim ondan əsirgəməməlidir.

Bəli, maaş azlığı bir çoxlarının həyatında sadəcə maddi yox, ruhi böhran yaradıb. İnsan öz dəyərini maaşında tapırsa, bu sistemdə dəyərini itirən təkcə insan deyil — bütün cəmiyyət olur.

Müəllif: İlkin Məmmədkərimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Noyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri