Icma.az
close
up
RU
Maaş fərqi ailədaxili qərarların verilməsinə təsir edirmi ? SORĞU

Maaş fərqi ailədaxili qərarların verilməsinə təsir edirmi ? SORĞU

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Son illər cəmiyyətdə ailədaxili münasibətlərlə bağlı maraqlı dəyişikliklər müşahidə olunur. Xüsusilə qadınların əmək bazarında daha fəal iştirak etməsi və bəzi hallarda kişilərdən daha yüksək gəlir əldə etməsi ailə modelinə yeni yanaşmalar formalaşdırır. Bu vəziyyət bəzən ailədə hakimiyyət balansının dəyişməsi, bəzən isə tam əksinə-qarşılıqlı anlayış və bərabərliyin möhkəmlənməsi kimi dəyərləndirilir.

Bəs qadının kişidən daha çox maaş alması ailədaxili münasibətlərə necə təsir edir ? Bu hal mübahisələrə yol açır, yoxsa artıq cəmiyyət bunu normal qarşılayır? SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Məleykə Əsədova: “Düşünürəm ki, ailədə əsasən kişi daha çox pul qazanmalıdır. Çünki qadın qazandığı pulu daha çox öz ehtiyaclarına, kişi isə ailənin ümumi tələbatlarına xərcləyir. Qadının kişidən daha çox qazandığı ailələrdə bəzən mübahisələr yaşana bilər. Amma bir-birini anlayan, qarşılıqlı hörmət olan ailələrdə bu, problem yaratmır. Təəssüf ki, bəzi hallarda qadın daha çox qazandıqda özünü ailədə üstün mövqedə aparır və sanki yalnız onun sözü keçməlidir kimi davranır. Belə yanaşmalar isə ailə daxilində ciddi problemlərə, hətta ayrılıqlara səbəb ola bilər”.

Şəhər sakini Əminə Əliyeva: “Məncə, qadın işləyirsə, ailədə hər iki tərəfin təxminən bərabər gəlir əldə etməsi daha sağlam münasibətlər yaradar. Bu halda ailədaxili problemlər də azalır. Çox vaxt kişi daha çox qazandıqda qadına psixoloji təzyiq göstərə bilir. Açığı, qadının kişidən xeyli çox qazandığı ailəyə şəxsən rast gəlməmişəm. Yaşlı nəsil arasında bu hal daha mənfi qarşılanır və qadının çox qazanmasının kişinin kişiliyinə xələl gətirdiyi düşünülür. Amma artıq müasir dövrdəyik və bu cür fikirlər köhnəlməkdədir. Əsas olan qarşılıqlı anlayışdır, anlayış olan ailədə pul üstündə mübahisə olmur”.

Şəhər sakini Əli İbrahimov: “Fikrimcə, ailədə pulu kimin qazanması o qədər də vacib deyil. Əsas olan ailəyə gəlirin olmasıdır. Qadın da, kişi də eyni ailə üçün çalışır. Əgər ailədə sevgi və anlayış varsa, kimin daha çox qazandığı problem yaratmır. Mən həyat yoldaşımla 45 ildir birgə yaşayıram, hər ikimiz işləyib ailəmiz üçün zəhmət çəkmişik. Bizim üçün əsas məsələ kimin daha çox qazanması deyil, birlikdə övladlarımıza və nəvələrimizə faydalı olmaqdır. Əgər qadın çox pul qazanıb özünü evin kişisi kimi aparırsa, bu artıq maddiyyatdan yox, tərbiyədən irəli gəlir”.

Şəhər sakini Münəvvər Məcidova: “Ailədə həm qadın, həm də kişi bərabər hüquqlara malik olmalıdır. Maddi baxımdan isə düşünürəm ki, əsas yük yenə də kişinin üzərində olmalıdır. Amma hər iki tərəf bir-birinə hörmət etməlidir. Əgər mənim maddi imkanım həyat yoldaşımdan çox olarsa, qazancımın bir hissəsini şəxsi ehtiyaclarıma, bir hissəsini isə ailəmə sərf edərəm. Ümumilikdə isə ailədə münasibətlərin sağlam olması sevgi və hörmətdən asılıdır. Kim daha çox qazansa da, qarşılıqlı anlayış əsasdır”.

Şəhər sakini Fatimə Həsənova: “Ailə elə bir qurumdur ki, orada mütləq balans olmalıdır. Tarixən Azərbaycan mentalitetində kişi evin böyüyü sayılıb. Amma indiki dövrdə qadının da işləməsi və pul qazanması zərurətə çevrilib. Təkcə kişinin qazancı ilə ailəni tam şəkildə idarə etmək çətinləşib. Ona görə də hər iki tərəf əl-ələ verib ailəni dolandırmalıdır. Balans həm kişidə, həm də qadında qorunmalıdır. Qadın daha çox pul qazansa belə, bunu münasibətlərdə üstünlük alətinə çevirməməlidir. Ailənin bütövlüyü üçün qarşılıqlı anlayış və səbr vacibdir”.

Şəhər sakini Rəhman Məlikov: “Məncə, ailədə əsas məsələ pulun miqdarı yox, onun necə idarə olunmasıdır. Qadının və ya kişinin daha çox qazanması ailədaxili münasibətləri pozmamalıdır. Əgər ailədə hörmət və etibar varsa, maddi məsələlər ikinci plana keçir. Kişi də, qadın da bilməlidir ki, qazandıqları pul ailə üçündür. Maddiyyatı üstünlük və ya təzyiq vasitəsinə çevirəndə problemlər başlayır. Sağlam ailə münasibətləri üçün əsas olan anlayış, səbir və bir-birinə dəstəkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri