Banklarla bağlı sərtləşdirici qərarların verilməsinə ehtiyac yoxdur
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son illər kredit götürənlər arasında yaşlı nəslin nümayəndələrinin çox olması diqqət çəkir. Təqaüdçülərin kredit götürməsi halları artdıqca, bu yaş qrupunun borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməsi müşahidə olunur.
Təqaüdçülərə kredit verilməsində müəyyən yaş və gəlir məhdudiyyətləri tətbiq olunmalıdırmı, yoxsa bu, onların hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər?
Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu qərarı bankların özləri verməlidir.
"Bankların özlərinin risk menecmenti mövcuddur. Onlar son zamanlar təqaüdçülərlə işləməyə nəyə görə meyl edirlər? Çünki bankların öz maraqları var və təqaüdçülərin sabit gəliri mövcuddur. Təqaüdçülər aylıq ödəniş alırlar və bankla müqavilə bağladıqda, bank hər ay təqaüd ödənilən kimi, müqavilə şərtlərinə əsasən kreditlə bağlı ödənişləri həmin təqaüddən tutur. Bu səbəbdən bu proses banklara sərfəlidir. Lakin bu, birbaşa bankların qərar səlahiyyətinə aiddir. Bu sahədə ayrıca sərtləşdirici qərarların verilməsinə ehtiyac yoxdur. Banklar riskləri özləri qiymətləndirirlər və bu baxımdan ayrıca qanunlarda sərtləşdirmə doğru olmaz" - deyə iqtisadçı vurğuladı.
Xədicə BAXIŞLI
Baxış sayı:101
Bu xəbər 02 İyun 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















