Icma.az
close
up
RU
Maaşımızdan tutulan pullar hara və necə gedir? AÇIQLANDI

Maaşımızdan tutulan pullar hara və necə gedir? AÇIQLANDI

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

2026-cı ildən etibarən Azərbaycanda əməkhaqqı hesablamaları yenidən gündəmə gəlib. Qeyri-neft-qaz sektorunda tətbiq edilən müddətli gəlir vergisi güzəştlərinin başa çatması maaşlardan tutulan məbləğlərə diqqəti artırıb.

Bu fonda həm dövlət, həm də özəl sektorda çalışanların maaşından hansı tutulmaların aparıldığı və işçinin əlində faktiki olaraq nə qədər vəsaitin qaldığı cəmiyyətdə əsas müzakirə mövzularından birinə çevrilib.

Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycanda muzdla çalışan işçilərin əməkhaqqından bir neçə növ tutulma aparılır. Bunlara gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı daxildir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın xatırladıb ki, yuxarıda sadalanan gəlir vergisi dövlət büdcəsinə ödənilir, sosial sığorta haqları işçinin pensiya kapitalının formalaşmasına və sosial təminat hüquqlarının yaranmasına xidmət edir. Digər tutulmalar isə işsizlik və səhiyyə sahəsində dövlət təminatının maliyyələşdirilməsi məqsədi daşıyır.

Ekspert məsələnin daha aydın anlaşılması üçün dövlət sektorunda çalışan bir işçinin maaşı üzərindən hesablamaya diqqət çəkib:

"Tutaq ki, Əhməd adlı vətəndaş dövlət sektorunda çalışır və aylıq əməkhaqqı 1 200 manatdır. Vergi Məcəlləsinə uyğun olaraq onun maaşının 200 manatlıq hissəsi gəlir vergisindən azad olunur. Bu halda vergiyə cəlb olunan məbləğ 1000 manat təşkil edir.

Vergiyə cəlb olunan 1000 manatın 14 faizi 140 manat edir. Bundan əlavə, maaşdan 3 faiz məcburi dövlət sosial sığorta haqqı (36 manat), işsizlikdən sığorta üçün 0,5 faiz (6 manat) və icbari tibbi sığorta üçün 2 faiz (24 manat) tutulur. Nəticədə Əhmədin maaşından ümumilikdə 206 manat çıxılır və onun əlində qalan xalis əməkhaqqı 994 manat olur.

Aylıq əməkhaqqı - 1 200 manat;
Vergiyə cəlb olunan məbləğ - (1200 - 200) × 14 % = 140;
DSMF ayırmaları - 1 200 × 3 % = 36;
İşsizlikdən sığorta haqqı - 1 200 × 0.5 % = 6;
İcbari tibbi sığorta haqqı - 1 200 × 2 % = 24;

İşçiyə çatacaq əməkhaqqı - 1 200 - (140 + 36 + 6 + 24) = 994 manat".

İqtisadçı daha sonra qeyri-neft-qaz sahəsində özəl sektorda çalışan işçinin maaşı üçün hesablama aparıb:

"Məsələn, İbrahim adlı vətəndaş özəl sektorda çalışır və onun aylıq əməkhaqqı 950 manatdır. 2026-cı ildən etibarən bu kateqoriyaya aid aylıq gəlirlərə 3 faiz gəlir vergisi tətbiq edilir. Bu səbəbdən İbrahimin vergiyə cəlb olunan gəliri 750 manat təşkil edir və bunun 3 faizi 22,5 manatdır.

Özəl sektorda məcburi dövlət sosial sığorta haqqı fərqli qaydada hesablanır. Maaşın ilk 200 manatı üçün 3 faiz (6 manat), qalan 750 manatı üçün isə 10 faiz (75 manat) tutulur. Beləliklə, ümumi sosial sığorta haqqı 81 manat təşkil edir. Bundan əlavə, işsizlikdən sığorta üçün maaşın 0,5 faizi (4,75 manat) və icbari tibbi sığorta üçün 2 faizi (19 manat) tutulur. Nəticədə İbrahimin maaşından ümumilikdə 127,25 manat çıxılır və onun əlində qalan xalis əməkhaqqı 822,75 manat olur.

Aylıq əməkhaqqı - 950 manat;
Vergiyə cəlb olunan məbləğ - (950 - 200) × 3 %= 22.5;
DSMF ayırmaları - (200 × 3 %) + (750 × 10 %) = 6 + 75 = 81;
İşsizlikdən sığorta haqqı - 950 × 0.5 % = 4.75;
İcbari tibbi sığorta haqqı - 950 × 2 % = 19;

İşçiyə çatacaq əməkhaqqı - 950 - (22.5 + 81 + 4.75 + 19) = 822.75 manat".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Fevral 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri