Icma.az
close
up
RU
Maaşınızdan pul tutula bilərmi? KONKRET

Maaşınızdan pul tutula bilərmi? KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda kredit borcu olan vətəndaşların əməkhaqqından bank tərəfindən məhkəmə qərarı olmadan vəsait tutulması məsələsi zaman-zaman müzakirə olunur. Bu isə borclu vətəndaşlarda bankların maaş hesabından hansı hallarda birbaşa pul tuta bilməsi ilə bağlı suallar yaradır.

Bəs bank kredit borcuna görə vətəndaşın əməkhaqqından hansı hallarda birbaşa vəsait tuta bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, vətəndaş əməkhaqqını kredit götürdüyü bankdakı hesab vasitəsilə alırsa və kredit müqaviləsində vəsaitin akseptsiz tutulmasına əvvəlcədən razılıq veribsə, müəyyən hallarda bank məhkəmə qərarı olmadan pul tuta bilər.

Ekspertin sözlərinə görə, burada əsas məqam vətəndaşın müqavilə ilə belə bir razılıq verməsidir:

“Əgər vətəndaşın əməkhaqqı kartı həmin bankdadırsa və o, əvvəlcədən bankla müqavilə bağlayaraq krediti ödəmədiyi halda maaşından vəsait tutulmasına razılıq veribsə, bank bunu edə bilər.

Tutulmanın qarşısını almaq üçün vətəndaş iş yerinə müraciət edərək əməkhaqqının həmin banka deyil, başqa bankdakı hesabına köçürülməsini tələb etmək hüququna malikdir. Bu halda əvvəlki bankın maaş hesabından birbaşa vəsait tutmaq imkanı olmayacaq və bank borcun qaytarılması üçün məhkəməyə müraciət etməli olacaq”, – deyə ekspert vurğulayıb.

Beləliklə, bankın kredit borcuna görə məhkəmə qərarı olmadan əməkhaqqından vəsait tutması hər bir halda mümkün deyil. Bunun üçün müvafiq hüquqi əsasların və vətəndaşın əvvəlcədən verdiyi razılığın olması tələb olunur. Eyni zamanda, əməkhaqqının tam məbləğinin və ya qanunvericiliklə müəyyən edilən həddən artıq hissəsinin özbaşına tutulması yolverilməzdir.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Sentyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri