Icma.az
close
up
RU
Hər ay maaşınızdan pul kəsiləcək!

Hər ay maaşınızdan pul kəsiləcək!

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycanda qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən işçilərin əməkhaqlarının vergiyə cəlb olunmasında yeni mərhələ başlayıb. Belə ki, 2019-cu il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək qüvvədə olan və 8 000 manatadək əməkhaqqını gəlir vergisindən tam azad edən 7 illik güzəşt müddəti yekunlaşıb.

Cari ilin 1 yanvar tarixindən etibarən isə Vergi Məcəlləsinə uyğun olaraq, həmin sektorda çalışanların aylıq gəlirlərindən 3% dərəcəsi ilə gəlir vergisinin tutulmasına başlanılıb.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov 2019-cu ildə muzdlu çalışanların əldə etdiyi gəlirlərə görə verginin hesablanmasının dayandırılmasında əsas səbəb əmək münasibətlərinin ağardılması, qeyri-formal əmək bazarı ilə mübarizə və bu prosesdə müəyyən təşviqedici mühitin yaradılmasından qaynaqlandığını bildirib.

“Ötən dövr ərzində bununla bağlı, təbii ki, müəyyən nəticələr oldu. Təxminən 300-400 min yeni müqavilələr bağlandı. Bundan əlavə, mövcud əmək müqavilələrində göstərilən əməkhaqqının səviyyəsi də əvvəlki dövrlə müqayisədə xeyli artdı. Çünki, bu tədbir yalnız gəlir vergisi üzrə güzəştin verilməsi deyil, eyni zamanda sahibkarlıq subyektlərinə münasibətdə məcburi dövlət sosial sığorta haqqının işəgötürənə düşən hissəsinin azaldılması ilə paralel həyata keçirildi. Yəni, burada əsas məqsədlərdən biri də eyni zamanda işəgötürənlərin əmək münasibətlərini qanuniləşdirməsi istiqamətində mövcud olan fiskal təzyiqləri, yükü azaltmaqla prosesi təşviq etmək idi.

Və 2026-cı ildə bu güzəştin müddəti bitdi. Amma 2026-cı ildə güzəştin müddətinin bitməsindən əvvəl, 2024-2025-ci illərdə statistik göstəricilərin təhlili onu deməyə əsas verir ki, artıq muzdlu əmək bazarında şəffaflaşma meylləri yaxud da ki, bu istiqamətdəki inkişaf meylləri azalmağa başladı. Yəni, illik təxminən 2025-ci ildə 10 min, əvvəlki illə müqayisədə yeni müqavilə bağlanmış və muzdluların sayı artmışdı. Bu artıq təbii artım sürətinə daha çox uyğun gəlir, nəinki təşviqedici mexanizmlər vasitəsilə prosesin dəstəklənməsinə.

Artıq bu istiqamətdə həyata keçirilən siyasət digər tədbirlərlə əhatə olunmadığı üçün ortaya qoya biləcəyi nəticələri qoydu və bu istiqamətdə doymuş meyllər hiss olunmaqda idi. Və buna görə də hökumət çox böyük ehtimalla o qərara gəldi ki, bu mexanizm artıq öz funksiyasını yerinə yetiribdir və prosesə töhfə vermə ehtimalları azdır. Ona görə də güzəştin müddətini artırmadı. Bu güzəştin müddəti 2025-ci ilin 31 dekabrında bitdi, güzəştin müddətini artırmadı.

İqtisadçı əlavə edib ki, fiskal gəlirlərin davamlılığı ilə bağlı risklər formalaşırdı:

“Buna görə hökumət bu məqsədləri də nəzərə almaqla, hədəfləri də nəzərə almaqla, büdcə gəlirlərini də nəzərə almaqla bu güzəştli müddətin artırılmasından imtina etdi. Lakin mərhələli keçid siyasətini seçdi. Yəni bu il 3%, gələn il 5%, 2027-2028 və sonrakı illərdə 7% olmaqla muzdlu gəlirlərə vergilər tətbiq ediləcəkdir.

Qeyd edim ki, əvvəlki il bu vergi dərəcəsi 14% idi. Yəni burada 7%-lik bir ümumi azaldılma qərarı qəbul edilib. Lakin həmin 7%-də digər tərəfdən işçilər tərəfindən, yəni ödənilən əlavə sosial sığorta haqqı olaraq əslində muzdlu çalışanın gəlirindən tutulur bugün. Yəni bütövlükdə götürəndə əlbəttə ki, bu konyunkturda qərar qəbul edildi.

Əlbəttə, arzuolunan deyildi, çünki, bir tərəfdən burada eyni zamanda digər bir məqamı da qeyd edim. Bu yanaşmanın özündə də bir fundamental çatışmazlıq vardır. Nə idi bu? Məsələn, dövlət sektorunda işləyib 400-500 manat əməkhaqqı alan şəxsə münasibətdə gəlirindən 14% vergi tutulur. Amma özəl sektorda, məsələn, maliyyə sektorunda və yaxud informasiya texnologiyaları sahəsində 8000 manata qədər yüksək gəlir əldə edən şəxsin gəlirindən vergi tutulmur. Yəni bunun özündə də bir fundamental ədalətsizlik çatışmazlığı var idi.

Düşünürəm ki, bütün bunları nəzərə almaqla hökumət bu və ya digər şəkildə bu güzəştli müddəti artırmadı. Amma zamanlama heç də adekvat hesab oluna bilməz. Çünki, son illərdə inflyasiya təzyiqləri güclənib, qiymətlər artır. Bu eyni zamanda əhalinin alıcılıq gücünə mənfi təsir göstərir və son nəticədə əhalinin borclanmasında da özünü göstərməkdədir.

Əhalinin borc yükü ciddi şəkildə son 2-3 ildə artmaqdadır və belə bir şəraitdə onların əməkhaqqının bir hissəsinin də vergi şəklində tutulması, təbii ki, alıcılıq imkanını məhdudlaşdırmaqla, dolayısı ilə orta-uzunmüddətli dövrdə əmək bazarında yenidən deleqalizasiya prosesinin başlanması, yenidən müqavilələrin daha aşağı əməkhaqqı göstərilməklə bağlanması meyllərini təşviq edə bilər, dəstəkləyə bilər. Digər tərəfdən, alıcılıq gücünün aşağı düşməsinin özünün məcmu tələbə mənfi təsiri və məşğulluğa mənfi təsiri əmək bazarında əməkhaqqı səviyyəsinə bütövlükdə artan rəqabət fonunda mənfi təsiri ilə müşahidə oluna bilər. Bu nəticələri biz növbəti mərhələlərdə daha aydın şəkildə analiz edə biləcəyik”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Aprel 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri