Icma.az
close
up
RU
Maaşlarla bağlı mühüm gedişat: azalma... Sabiq nazir açıqladı

Maaşlarla bağlı mühüm gedişat: azalma... Sabiq nazir açıqladı

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycanda orta aylıq əməkhaqqı artıq ardıcıl dördüncü aydır ki, azalır. İyul ayında 1098.1 manat olan orta maaş oktyabrda 1086.3 manata düşüb. Rəqəmlər kiçik fərq kimi görünsə də, prosesin ardıcıl xarakter alması diqqət çəkir və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olur.

Orta aylıq maaş niyə azalır? Bəzi iddialara görə, orta maaşın azalması pensiya artımlarının məhdudlaşdırılmasına zəmin yarada bilər, bu ehtimal nə dərəcədə realdır?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi bu sahədə heç bir reallığı əks etdirmir:

“Bu göstərici reallıqları o zaman əks etdirə bilər ki, orta aylıq əməkhaqqı sahələr üzrə müəyyən edilsin. Bir sahədə orta aylıq əməkhaqqı 500 manat, digər sahədə isə bundan 4-5 dəfə və daha çoxdursa, o halda ölkə üzrə orta aylıq əməkhaqqına dair göstərici nəyi əks etdirəcək? Daha sadə dildə desək, bir adam bir sahədə 500 manat maaş alır, digər bir adamın isə başqa sahədə qazancı 5000 manatdır. Yəni orta əməkhaqqı 2750 manata bərabər olur (500+5000:2). Ancaq bu, heç bir tərəfin real gəlir səviyyəsini ifadə etmir”.

Fikrət Yusifov

Sabiq nazir qeyd edib ki, rəsmi statistikada orta aylıq əməkhaqqının ötən aylara nisbətən bir neçə manat artıb-azalması da önəmli amil deyil:

“Bu, sadəcə texniki məsələ ola bilər. Əməkhaqqı mövzusunda ən yaxşı göstərici ölkədə minimum maaş göstəricisi olmalıdır. Hesab edirəm ki, hökumət daha çox bu istiqamətdə dərin təhlil aparmalıdır. Çünki bu gün dövlət təşkilatlarında eyni və ya oxşar vəzifələrdə çalışanların maaşları arasında kəskin fərqlər var. Bunun hansı fəsadlar törətməsi hökuməti ciddi narahat etməlidir. Belə durum ölkədə kadr axınının baş verməsinin başlıca səbəbinə çevrilib. Bir dövlət qurumunda uzun illər yetişdirilmiş peşəkar kadr məmuniyyətlə işindən ayrılır və maaşın daha yüksək olduğu digər təşkilata üz tutur, onu isə qeyri-peşəkarlar əvəz edir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri