Icma.az
close
up
RU
Maaşlarla bağlı MÜHÜM YENİLİK

Maaşlarla bağlı MÜHÜM YENİLİK

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Ştat vahidi yaradılarkən vəzifə maaşı göstərilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) sistemində yeni funksionallıq tətbiq olunub. Bu yeniliyə görə:

-Müəssisələr sistemdə ştat vahidi yaradarkən həmin vəzifə üçün tarif (vəzifə) maaşını mütləq şəkildə göstərməlidirlər.

Bu isə əmək münasibətlərində maaşların daha şəffaf göstərilməsi və qeydiyyatının dəqiq aparılması məqsədi daşıyır.

Nəzarəti isə Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir.

Globalinfo.az xəbər verir ki, Oxu24.com bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanlayıb.

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) ştat vahidi yaradılarkən vəzifə maaşının göstərilməsi ilə bağlı yeni tələbin tətbiqində əsas məqsəd nədir?

“Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunu və Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli Fərmanı ilə əmək münasibətləri və məşğulluq sahələrində imkanların artırılması məqsədi ilə Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də ştat vahidi anlayışının Əmək Məcəlləsinə gətirilməsidir.

Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsinə əsasən ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – elektron informasiya sistemi) yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahiddir.

Yeni tələbin əsas məqsədi ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının sistemdə mütləq şəkildə göstərilməsini təmin etməkdir. Bu yanaşma müəssisələrdə ştat vahidlərinin daha şəffaf və düzgün formalaşdırılmasına, eləcə də əmək münasibətlərinin elektron sistem üzərindən daha səmərəli idarə olunmasına xidmət edir”,-deyə verilən açıqlamada qeyd olunur.

-Bu yenilik işəgötürənlər və işçilər üçün hansı üstünlükləri yaradacaq?

“Yeni funksionallıq ştat vahidlərinin formalaşdırılması prosesində daha şəffaf və aydın mexanizmin tətbiqinə imkan yaradır. Bunun nəticəsində əmək münasibətlərinin elektron mühitdə idarə olunması daha sistemli və səmərəli həyata keçirilir”,- deyə açıqlamada bildirilir.

-Vətəndaşlar öz əmək hüquqlarının qorunduğunu yoxlamaq üçün ƏMAS sistemindən necə istifadə edə bilərlər?

“Vətəndaşlar “e-sosial” portalı vasitəsilə ƏMAS-da mövcud olan şəxsi kabinetlərinə mütəmadi daxil olaraq prosesləri izləyə bilərlər. Belə ki, sistemdə işəgötürən və işçilər arasında rəsmi yazışmaların aparılması funksionallığı mövcuddur. Həmin bölmə vasitəsilə istənilən vaxt işəgötürənə müraciət etmək mümkündür. Eyni zamanda daxil olmuş müraciətləri izləmək imkanı da yaradılmışdır. İşəgötürən tərəfindən verilmiş əmrlərin işçilərin kabinetlərinə inteqrasiyası da təmin edilib”, – deyə rəsmi qurum qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Mart 2026 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see222

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see210

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see209

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see205

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see196

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see196

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see194

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see190

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see190

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see189

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see184

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see182

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see180

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see178

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see177

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see176

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see175

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri