Icma.az
close
up
RU
Maaşlarla bağlı yeni qayda İşçilər üçün ciddi dəyişiklik gəlir

Maaşlarla bağlı yeni qayda İşçilər üçün ciddi dəyişiklik gəlir

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Artıq minimum əmək haqqının artırılacağı günü qeyri-müəyyən vaxt gözləməyə ehtiyac qalmayacaq. Dövlət hər il rəsmi şəkildə bu məbləği nəzərdən keçirməyi öz üzərinə öhdəlik kimi götürür. Bu, ailə büdcəsinin ölkədəki qiymət artımlarına və iqtisadi dəyişikliklərə daha çevik uyğunlaşmasına şərait yaradacaq və aşağı gəlirli təbəqənin sosial təhlükəsizliyini qanunvericilik səviyyəsində təmin edəcək. Azərbaycanda minimum əmək haqqının məbləğinə hər il ən azı bir dəfə yenidən baxılması qanunla məcburi hala gətirilir. Bu mühüm yenilik Milli Məclisin keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı təsdiqlənib.
İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, minimum əmək haqqının hər il nəzərdən keçirilməsi əslində müsbət yanaşmadır:
“Uzun müddət baxılmadıqda birdən-birə böyük artım etmək zərurəti yaranır və bu da biznes üçün daha ağır yükə çevrilir. Halbuki hər il qiymətləndirmə aparılıb müəyyən qədər artırılıb-artırılmamasına qərar verilsə, dəyişikliklər daha rahat olar. Minimum əmək haqqının 4-5 manat da olsa artırılması əhəmiyyətlidir. Sonuncu dəfə bu məsələ 2025-ci ilin yanvarında nəzərdən keçirilib və hazırkı qanunvericiliyə əsasən, ən tez 2027-ci ilin yanvarında yenidən baxıla bilər. Çünki minimum əmək haqqı büdcə qanunu ilə bağlıdır və bu məsələ qanunverici orqanla müzakirə edilməlidir. Hər il baxılmasının bir neçə üstünlüyü var. Birincisi, inflyasiya proseslərini nəzərə almaq daha asan olur. İkincisi, minimum əmək haqqına gec-gec baxılması onun iqtisadi alət kimi əhəmiyyətini azaldır. Üçüncüsü isə uzun fasilədən sonra kəskin artım biznes üçün əlavə problemlər yaradır, çünki sahibkar artan xərci dərhal qiymətlərə və ya fəaliyyətinə ötürə bilmir”.
O bildirib ki, reallıqda sahibkarlar əmək haqqını bazar şərtlərinə uyğun müəyyən edirlər:
“Məsələn, bazar əmək haqqı 800 manatdırsa, işçiyə 400-500 manat vermək mümkün deyil. Sadəcə, minimum əmək haqqından aşağı məbləği əmək müqaviləsində göstərmək olmaz. Sahibkar üçün əsas yük də məhz bu müqavilədə göstərilən rəqəmlərlə bağlıdır, çünki vergi və sosial ödənişlər həmin məbləğ üzərindən hesablanır. Minimum əmək haqqında cüzi artım belə sahibkar üçün vergi yükünün qəfil artmasına səbəb olur. Bu əlavə yük bəzən işçiyə ötürülür. Məsələn, 700-800 manat maaş alan işçi faktiki olaraq 400 manat kartla alır, qalan məbləği nağd şəkildə əldə edir. Minimum əmək haqqı artırıldıqda isə kartla ödənilən hissə azalır və işçidən tutulan vergi artır. Nəticədə işçinin real gəliri artmaq əvəzinə bəzən azalır. Bəzi hallarda özəl sektorda minimum əmək haqqının artırılması maaşların artımına yox, əksinə azalmasına da gətirib çıxara bilir”.
Onun sözlərinə görə, bunun işçilər üçün üstünlükləri də var:
“Dövlət sektorunda tətbiq edilən 16 pilləli tarif sistemində birinci hədd minimum əmək haqqıdır. Bu məbləğ hər il nəzərdən keçirildikdə, işçilər illərlə eyni maaşda qalmır və inflyasiyanın təsiri qismən kompensasiya olunur. Əks halda, işçi 2-3 il gözləməli olur və bu müddətdə almadığı artımı sonradan tam şəkildə əldə edə bilmir. Tez-tez baxılması işçi üçün faydalıdır, çünki inflyasiyanın mənfi təsirini azaldır. Amma mənfi tərəfi də var. Təəssüf ki, real sektorun bəzi sahələrində şirkətlər 400-500 manatlıq minimum əmək haqqını belə ödəmək imkanında deyillər. Minimum əmək haqqının kəskin artırılması bəzi müəssisələrin fəaliyyətini ciddi çətinliyə sala, hətta onların bağlanmasına səbəb ola bilər. Dövlət sektorunda bu problem nisbətən azdır, çünki dövlət neft gəlirləri və vergilər hesabına öz işçilərinin maaşını ödəyə bilir. Özəl sektorda isə minimum əmək haqqı mərhələli şəkildə artırılmalıdır ki, əmək haqqı yükü birdən-birə yüksəlməsin. Əks halda, bu həm qiymət artımına, həm də işçilərin ixtisarına gətirib çıxara bilər. Bütün bunlara baxmayaraq, minimum əmək haqqının hər il nəzərdən keçirilməsini mən müsbət və proqressiv addım hesab edirəm. Necə ki, yaşayış minimumu hər il yenilənir, minimum əmək haqqına da hər il baxılması daha düzgün yanaşmadır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Fevral 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri