Icma.az
close
up
RU
Maaşlarla bağlı yeni qayda AÇIQLAMA

Maaşlarla bağlı yeni qayda AÇIQLAMA

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda əmək münasibətlərinin daha şəffaf və tənzimlənmiş şəkildə qurulması istiqamətində yeni mexanizmlər tətbiq olunur. Əmək və Məşğulluq altsistemində (ƏMAS) edilən son dəyişikliklərə əsasən, müəssisələr yeni ştat vahidi yaradarkən həmin vəzifə üzrə əmək haqqını sistemdə mütləq şəkildə qeyd etməlidirlər. Bu qaydanın tətbiqi əmək bazarında şəffaflığın artırılması və işçi ilə işəgötürən arasında münasibətlərin daha aydın formalaşması baxımından diqqət çəkir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Razi Abasbəyli bildirib ki, burada əsas məqsədlərdən biri işəgötürənlə işçi arasında əmək münasibətlərinin düzgün tənzimlənməsinə nəzarətin gücləndirilməsidir.

"Yəni işəgötürənlərin hansı ştat vahidi üzrə hansı əməkhaqqını müəyyən etməsi və bu əməkhaqqının qanunvericiliyin tələblərinə uyğun olub-olmaması üzərində nəzarət mexanizmi həyata keçirilir. Bu isə əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edir. Digər mühüm məqam görülən işin faktiki əmək qiymətləndirilməsinin aparılmasıdır. Yəni hər bir ştat vahidi üzrə əməyin dəyəri müəyyən əmsallar əsasında qiymətləndirilir. Bu zaman işçinin gördüyü işin həcmi, sərf etdiyi vaxt və fiziki göstəricilər nəzərə alınır. Beləliklə, əməyin saat, zaman və əmək məhsuldarlığı prinsipləri əsasında qiymətləndirilməsi əsas şərt kimi irəli sürülür və bu proses üzərində müvafiq nəzarət mexanizmləri tətbiq olunur".
Ekspert bildirib ki, bununla yanaşı, sosial ödənişlərin təmin edilməsi və işəgötürən tərəfindən sosial müdafiə xərclərinin ödənilməsinə nəzarət də bu mexanizmin əsas məqsədlərindən biridir. 
"Buraya Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, işçinin əməyinin saat və ya vaxt əsasında düzgün qiymətləndirilməsi, eləcə də ezamiyyət, məzuniyyət və digər əmək hüquqları ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi daxildir. Bu yanaşma ümumilikdə əmək bazarında daha ədalətli münasibətlərin formalaşmasına, müxtəlif sahələr və kateqoriyalar üzrə sosial bərabərliyin təmin edilməsinə töhfə verə bilər. Dünya təcrübəsində də bu cür mexanizmlər geniş tətbiq olunur. Xüsusilə saat hesabı ilə çalışan işçilərin sayının artdığı müasir əmək bazarında işəgötürənlərin işçilərlə saatlıq əmək müqaviləsi bağlaması halları geniş yayılıb. Belə hallarda nəzarətin daha effektiv həyata keçirilməsi üçün elektron sistemlərdən istifadə edilir. Elektronlaşmış platformalar vasitəsilə həm işçi, həm də işəgötürən arasında yaranan əmək münasibətləri izlənilir və bu münasibətlərə operativ nəzarət etmək mümkün olur. Nəticə etibarilə sosial ədalətin və əmək bazarında bərabərliyin təmin edilməsi dövlətin əsas hədəflərindən biri kimi ön plana çıxır".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Mart 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri