Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

MAÇADO ÖZ MÜKAFATINI TRAMPA VERƏ BİLƏRMİ? “İki nümunə göstərəcəm...”

MAÇADO ÖZ MÜKAFATINI TRAMPA VERƏ BİLƏRMİ? “İki nümunə göstərəcəm...”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ildə Sülh üzrə Nobel mükafatına layiq görülmüş Venesuela müxalifətinin lideri Mariya Maçado özünə məxsus Nobel mükafatını Amerika Prezidenti Donald Trampa təhvil verməyə hazır olduğunu bəyan edib.

Müxalifət lideri bu addımını Trampın Venesuelada həyata keçirdiyi hərbi əməliyyatların “sülhə xidmət etməsi” ilə əsaslandırıb. Amerika lideri onun bu hərəkətini hörmət əlaməti kimi dəyərləndirib.

Maçadonun öz mükafatını Trampa verməsi texniki olaraq mümkündürmü? "AzPolitika" bununla bağlı Nobel mükafatının tədqiqatçısı Etibar Əliyevdən rəy öyrənib. E.Əliyev deyib:

"Alfred Nobelin məşhur "Vəsiyyətnamə"sində mükafatın bağışlanması və geri alınması yer almayıb. Ancaq Sülh üzrə Nobel mükafatına namizədlərin verilməsi prosedurunda bu sahə üzrə Nobel mükafatına layiq görülənlərin namizəd irəli sürmək hüququ var. Maçado bu il üçün Trampın namizədliyini irəli sürə bilər.

Mükafatın geri alınması ilə bağlı cəhdlərə iki maraqlı nümunə göstərəcəm. 1998-ci ildə Portuqaliya yazıçısı Joze Saramaqo «xəyaldan, mərhəmətdən və kinayədən yoğrulan pritçaları ilə addımbaşı bizdən qaçmağa çalışan gerçəkliyi dərk etməyimizə imkan yaratdığına görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Saramaqonun 1991-ci ildə yazdığı «İsusun İncili» romanı katolik kilsəsi tərəfindən təhqir kimi qəbul edildi. Kilsənin etirazında bildirilirdi: «Bu kafir kitab tarixi həqiqətləri ələ salır, Əhdi-Cədidin əsas personajlarının xarakterini təhqir edir». Buna baxmayaraq əsər 25 dilə tərcümə olunur və təkcə Portuqaliyada 20 dəfə nəşr edilir.

2001-ci ildə Vidyadhar Naypol «əsərlərində oxucunu zülmkar mədəniyyətə qarşı gözünü açmağa məcbur edən qərəzsiz və incə təhkiyə ustalığına görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Trinidad yazıçısı Naypol «İnananlar arasında» romanını müsəlmanların həyatına həsr etmişdir. O, İrandan və Pakistandan tutmuş İndoneziya və Malayziyaya qədər bütün İslam dünyasını islam fundamentalizmində günahlandırmış, bəşər sivilizasiyasına yüksək mənəvi və əxlaqi dəyərləri ilə daxil olan İslam dininə qarşı müxtəlif fikirlər səsləndirmişdi. O, iddia edirdi ki, «dəyişməz və geridə qalmış İslam cəmiyyəti» yeni dövrlə ayaqlaşmaq niyyətində deyil.

Yazıçı Nobel mükafatına layiq görüldükdən sonra İslama münasibətinə görə Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı (İSESKO) Nobel komitəsinə məktub göndərərək ona verilən mükafatın geri alınmasını xahiş etmişdir. Məktubda qeyd edilirdi ki, Naypola belə bir nüfuzlu mükafatın verilməsi «İslama qarşı fitnəkarlıqdır».

Lakin mükafatın geri alınmasının mexanizmi olmadığına görə nə Saramaqo, nə də Naypol mükafatdan məhrum edilə bilməzdi".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Yanvar 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri