Icma.az
close
up
RU
Macarıstan Aİnin gürcü məmurlara qarşı sanksiyalarını bloklamağa söz verdi

Macarıstan Aİnin gürcü məmurlara qarşı sanksiyalarını bloklamağa söz verdi

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Macarıstan Gürcüstanın Qərbdən uzaqlaşması və Avropa tərəfdarı etirazların yatırılması ilə əlaqədar Avropa İttifaqının yüksək rütbəli gürcü məmurlara qarşı mümkün sanksiyalarını bloklayacağını vəd edib.

Qaynarinfo xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bununla bağlı bəyanatı Budapeştdə Gürcüstanın yeni xarici işlər naziri ilə görüşdən sonra verib. O, Aİ-nin gürcü məmurlarına qarşı sanksiyalarını "mənasız və ədalətsiz" adlandırıb və lazım gələrsə, Macarıstanın bu sanksiyaları bloklayacağını bildirib.

Siyarto, həm Macarıstanda, həm də Gürcüstanda hakimiyyətdə olan "vətənpərvər hökumətlərə" qarşı "liberal əsas cərəyanın siyasi və ideoloji hücumlar etdiyini" vurğulayıb və Avropa Parlamentinin yeni seçkilər keçirilməsi çağırışını "gürcü xalqının alçaldılması" kimi qiymətləndirib.

O, qeyd edib ki, gürcü seçicilər "sülh və ailə dəyərlərini müdafiə edən, vətənpərvər və konservativ bir hakimiyyəti" seçiblər. Siyartonun fikrincə, məhz bu səbəbdən Brüssel təzyiq göstərir və seçkilərin demokratikliyini şübhə altına alır.

Nazir Gürcüstana "Avropa inteqrasiyasını sürətləndirmək" üçün dəstək sözünü də verib.

Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban, seçkilərin ilkin nəticələri açıqlanmamışdan əvvəl hakimiyyət partiyası "Gürcü Arzusu"nu qələbə münasibətilə ilk təbrik edən lider olub və seçkilərdən dərhal sonra Tbilisiyə səfər edib.

Baltikyanı ölkələr, etirazların yatırılmasında iştirak edən gürcü məmurlarına qarşı milli sanksiyalar tətbiq edən ilk ölkələr olub. Litva prezidenti bu addımın Aİ səviyyəsində də atılmasına çağırıb, Niderland isə Gürcüstana vizasız rejimin dayandırılmasını təklif edib.

5 dekabrda Ukrayna Gürcüstanın hakimiyyət nümayəndələrindən ibarət 19 nəfəri "Gürcüstanı Putinə təslim etdiklərinə görə" sanksiya siyahısına salıb. Siyahıda baş nazir İrakli Kobaxidze və hakim partiyanın faktiki lideri, oliqarx Bidzina İvanişvili də yer alır.


Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see218

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see193

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see158

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see153

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see145

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see141

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see135

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see134

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see133

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see133

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see132

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see129

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see127

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see126

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see125

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see121

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri