Icma.az
close
up
RU
Macarıstan Azərbaycan və Ermənistan arasında balans yaratmağa çalışır

Macarıstan Azərbaycan və Ermənistan arasında balans yaratmağa çalışır

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Macarıstan Beynəlxalq Münasibətlər Universitetinin baş elmi işçisi və ekspert Peter Kranitzin sözlərinə görə, Budapeştin əsas məqsədi Cənubi Qafqazda sabitlik, sülh və dinc inkişafdır və buna nail olmaq üçün Macarıstan Ermənistan və Azərbaycanla balanslaşdırılmış münasibətlərə can atır.

Reyting.az xəbər verir ki, Kranitz bunu “Armenpress”ə müsahibəsində deyib.

O, Cənubi Qafqazdakı vəziyyətə, Ermənistanla Azərbaycan arasındakı münasibətlərə, eləcə də İrəvanla Budapeşt arasında münasibətlərin hazırkı səviyyəsinə və bu əlaqələrin inkişaf perspektivlərinə toxunub:

"Macarıstanın əsas və ən mühüm məqsədi Cənubi Qafqaz regionunda sabitlik, sülh və dinc inkişafdır. Macarıstanın mövqeyi Ermənistan və Azərbaycan ilə ən balanslı münasibətləri saxlamaqdır. Məsələn, Macarıstan Ermənistana Avropa Sülh Fondundan 20 milyon avronun ayrılmasına veto qoyaraq, eyni məbləğin Azərbaycanda minalardan təmizlənməsi üçün istifadə edilməli olduğunu əsas gətirdi. Yəqin bilirsiniz ki, Azərbaycan ilk növbədə 2020-ci ildən, xüsusilə 2023-cü ildən bəri Avropanın sülh prosesinə hər hansı müdaxiləsindən imtina edib”.

Macarıstanlı ekspert qeyd edib ki, Bakı Avropanın regionda iştirakını “həddən artıq ermənipərəst” kimi qəbul edir.

Onun fikrincə, Avropa İttifaqı Cənubi Qafqaza balanslaşdırılmış yanaşmanı inkişaf etdirə bilsə, o, regionda vasitəçi olmasa da, yerli və regional proseslərə təsir edə bilən ciddi investor və maraqlı tərəf kimi yenidən meydana çıxa və mövqeyini bərpa edə biləcək.

İrəvan və Budapeşt arasında siyasi dialoqun səviyyəsindən də söz açan macar ekspert iki ölkə arasında münasibətlərin inkişafı üçün ciddi perspektivlərin olduğunu deyib:

"Təəssüf ki, Ermənistanla Macarıstan arasında münasibətlərdə bir müddət susqunluq yarandı, o vaxt bizim diplomatik münasibətlərimiz olmayıb”.

Kranitzin sözlərinə görə, iki ölkə arasında 10 ildən artıqdır diplomatik münasibətlərin olmaması ikitərəfli əlaqələrin inkişafında böyük uçurum və boşluq olduğunu göstərir.

Ekspert bildirib ki, Ermənistan-Macarıstan münasibətlər indi xeyli yaxşılaşıb.

Kranitz iki ölkə arasında yaranmış boşluğa bir neçə halı göstərib, xüsusən də Macarıstanın Azərbaycan və Türkiyə ilə isti münasibətlərinə işarə edib. "Macarıstan, bildiyiniz kimi, Türkdilli Dövlətlər Təşkilatında müşahidəçi dövlətdir. Budapeştin həm Ankara, həm də Bakı ilə strateji tərəfdaşlıq əlaqələri var. Avropa İttifaqı çərçivəsində Macarıstan Azərbaycanın, eləcə də Türkiyənin ən güclü və ən mühüm tərəfdaşıdır. Macarıstan regiona böyük sərmayə qoyub. Bakı-Tbilisi-Ceyhan boru kəməri bu sektorun ən böyük səhmdarları arasındadır. O cümlədən “Şahdəniz” yatağına. “Wizz Air” aviaşirkəti Azərbaycan, Ermənistan və Gürcüstanla işləyir. “Gedeon Richter” əczaçılıq şirkəti öz şəbəkəsini yaradıb”.

Ekspert əlavə edib ki, Macarıstanın xarici işlər naziri Peter Siyartonun 2025-ci ilin mayında Yerevanda keçirilən “İrəvan Dialoqu” konfransı zamanı dediyi kimi, Budapeşt ən son olaraq Avropa Birliyinin Avropa Sülh Fondundan Ermənistana 20 milyon avro ayrılması qərarını bloklayıb: “Nazir qeyd edib ki, Macarıstan Avropa Sülh Fondundan Ermənistana 20 milyon avro ayrılmasına qarşı deyil, lakin əlavə edib ki, regional tarazlığın qorunması üçün Azərbaycana bərabər miqdarda yardım ayrılmalıdır”.

Y. QACAR


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Dekabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri