Icma.az
close
up
RU
Ermənistan Qərbi Azərbaycan tarixini məhv etməyə çalışır Politoloq

Ermənistan Qərbi Azərbaycan tarixini məhv etməyə çalışır Politoloq

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qərbi Azərbaycana qayıdış, soydaşlarımızın qayıdış hüququnun bərpası Azərbaycan xalqı və dövləti üçün mühüm əhəmiyyət kəsb edir. Burada bir neçə aspekt var. Tarixi və milli-mənəvi, eyni zamanda, siyasi və strateji cəhətlərdən Qərbi Azərbaycan məsələsi bizim üçün qarşıya qoyulan prinsipial hədəfdir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O qeyd edib ki, Azərbaycan II Qarabağ müharibəsindən zəfərlə çıxıb, keçmiş məcburi köçkünlərimiz “Böyük Qayıdış” proqramına əsasən artıq öz doğma yurdlarına köç edirlər. S.Hümbətov indi Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışının gündəmdə olduğunu söyləyib:
“Çünki onların da hamı kimi öz vətənində yaşamaq haqqı var. Ermənistan onların haqlarının bərpası üçün üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Beynəlxaq qurumlar, insan haqları təşkilatları Ermənistandan bu vəzifəni yerinə yetirməsini tələb etməlidirlər. Ermənistan çalışır ki, Azərbaycanın tarixi torpaqlarından türk-müsəlman izini silsin, bu torpaqların azərbaycanlıların yurd yeri olduğunu inkar edir. Lakin vaxtilə indiki Ermənistan ərazisində yüz minlərlə azərbaycanlının yaşadığını sübut edən tarixi faktlar var. 
Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu məsələylə bağlı ciddi mövqe ortaya qoymalıdır. Bunun əvəzinə Azərbaycana qarşı ikili standartların davam etdiyini görürük. Qərbi azərbaycanlıların qayıdış hüququ təəssüf ki, dünya ictimaiyyətini maraqlandırmır. Bunun əvəzinə Azərbaycana qarşı guya ermənilərin etnik təmizlənməyə məruz qalmasına dair iddialar irəli sürülür, Azərbaycana sanksiyalarla hədə-qorxu gəlinir. Bütün bu cəhdlərə baxmayaraq Azərbaycan dövləti birmənalı mövqeyi ilə çıxış edir. Dünyanın bir çox platformasından Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlər diqqətə çatdırılır. Bütün azərbaycanlılarda Qərbi Azərbaycana qayıdışın reallaşacağına inamın olması görülən işlərin, aparılan təbliğatın böyüklüyündən və ciddiliyindən xəbər verir”.
Törə Zeynallı
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Dekabr 2024 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri