Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft qaz bazarında mövqelərini gücləndirir
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Macarıstan şirkətləri Azərbaycanla strateji tərəfdaşlıq sayəsində əhəmiyyətli həcmdə neft-qaz ehtiyatlarının sahibinə çevrilirlər.
525.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlarının yekunları üzrə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycanla strateji tərəfdaşlığımız sayəsində Macarıstanın ən böyük enerji şirkətləri indi Azərbaycanın təbii qaz və neft yataqlarında paylara sahibdirlər. Bu, onlara dünya bazarına təkcə alıcı kimi deyil, həm də əhəmiyyətli həcmdə enerji sahibi kimi çıxış etmək imkanı verir", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Viktor Orbanla danışıqlardan sonra bildirib ki, iki ölkə energetika sahəsində uğurlu əməkdaşlıq edir və Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Dövlət başçısı gələn ilin əvvəlində növbəti müqavilənin imzalanacağını deyib. Prezident bildirib ki, Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Dövlət başçısı vurğulayıb ki, Macarıstan ehtiyacı olan qədər qazla təmin edilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 20 May 2025 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















