Icma.az
close
up
RU
Azərbaycanla Macarıstan neft qaz və enerji məsələlərini müzakirə ediblər

Azərbaycanla Macarıstan neft qaz və enerji məsələlərini müzakirə ediblər

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupunun onlayn formatda 5-ci iclası keçirilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işçi Qrupun həmsədri, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək Azərbaycan ilə Macarıstan arasında enerji sahəsində əməkdaşlıq münasibətlərinin inkişafında İşçi Qrupunun uğurlu fəaliyyətini qeyd edib. Qarşılıqlı müzakirələr, uzunmüddətli səmərəli əməkdaşlıq sayəsində ölkələrimiz arasında enerji tərəfdaşlığının daha da güclənərək strateji xarakter aldığı vurğulanıb. Azərbaycan və Macarıstan arasında neft-qaz sektoru üzrə əməkdaşlığın qarşılıqlı faydalı tərəfdaşlığa çevrildiyi bildirilib və hər iki ölkənin enerji şirkətləri arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib. Macarıstan tərəfinin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında, Bakı Enerji Həftəsində iştirakı, xüsusilə COP29 tədbiri çərçivəsində ölkəmizin irəli sürdüyü enerji təşəbbüslərinə verdiyi dəstək yüksək qiymətləndirilib. Çıxışda, həmçinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin əhəmiyyətindən bəhs edilib.

Macarıstan tərəfindən iclasın həmsədri, Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri xanım İzabella Feierabend isə çıxış edərək iki ölkə arasında enerji əməkdaşlığının müxtəlif istiqamətlərdə uğurlu inkişaf etdiyini bildirib. Neft-qaz sahəsində həyata keçirilən birgə layihələr və infrastruktur imkanları ilə bağlı fikirlərini bölüşüb, yaşıl enerji və enerji tənzimlənməsi üzrə təcrübə mübadiləsinin aparılmasının və enerji səmərəliliyi sahəsində əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.

İclasda İşçi Qrupun 4-cü iclasından ötən dövr ərzində görülmüş işlərə dair məlumat verilib, neft və qaz, bərpa olunan enerji, enerji tənzimlənməsi və enerji səmərəliliyi sahələri üzrə əməkdaşlıq, həyata keçirilən layihələrə dair təqdimatlar dinlənilib.

Sonda Enerji üzrə İşçi Qrupun 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri