“Macarıstan böyük təzyiq altında olacaq”
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Macarıstan Avropa İttifaqı (Aİ) liderlərinin Ukraynanın üzvlüyü ilə bağlı təzyiqlərinə müqavimət göstərəcək.
Missiya.Az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Yaxın həftələrdə Macarıstan Ukraynanın Avropa Birliyinə daxil olmasına töhfə vermək üçün böyük təzyiq altında olacaq”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Budapeşt bununla qətiyyən razılaşmayacaq, çünki o, öz vətəndaşlarından pul alıb Brüsselə və Ukraynaya göndərmək istəmir.
Orban həmçinin qeyd edib ki, ukraynalılar nəyin bahasına olursa-olsun Avropanı müharibəyə cəlb etməyə çalışırlar.
Xatırladaq ki, bundan əvvəl siyasətçi bəyan edib ki, Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyə borclu deyil.
Daşqın Həsənov
Missiya.Az


