Macarıstan ən uzunmüddətli təbii qaz müqaviləsi imzalamağa hazırlaşır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 9 sentyabr, AZƏRTAC
Macarıstan yaxın günlərdə “Qərb istiqamətindən” təbii qaz tədarükü üzrə ən uzunmüddətli müqavilə imzalayacaq.
AZƏRTAC xəbər verir ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto bu barədə özünün sosial media hesabında məlumat yayıb. “Yaxın günlərdə biz növbəti uzunmüddətli təbii qaz tədarükü müqaviləsini imzalayacağıq. Bu, tariximizdə qərb istiqamətindən qaz idxalı üzrə ən uzunmüddətli müqavilə olacaq”, – deyə nazir qeyd edib.
Peter Siyyartonun sözlərinə görə, Macarıstan enerji resurslarının tədarükündə daim diversifikasiyaya böyük önəm verib. Bununla belə, nazir Budapeştin qazı hansı “Qərb ölkəsindən” alacağını deməyib.
Hazırda Macarıstan qaz tədarükünün əsas hissəsini “Türk axını” qaz kəməri ilə “Qazprom” kompaniyasından təmin edir. 2022-ci ildə bu marşrutla ölkəyə 4,8 milyard kubmetr qaz nəql olunub. Rəsmi məlumatlara görə, 2023-cü ildə bu göstərici 5,6 milyard kubmetrə, 2024-cü ildə isə rekord həddə – 7,6 milyard kubmetrə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 09 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















