Macarıstan avroya keçməyə hazırlaşır
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Macarıstan avroya keçməyə hazırlaşır.
Banco.az xəbər verir ki, Macarıstanın Baş naziri Peter Magyar ölkənin iqtisadi sabitliyini gücləndirmək və keçmişin maliyyə səhvlərini geridə qoymaq üçün 2030-cu ilə qədər Avrozonaya qoşulmaq meyarlarına cavab verməyi hədəflədiyini açıqlayıb.
Magyar bildirib ki, 2030-cu ildə Avrozonaya qoşulmaq üçün lazımi şərtləri yerinə yetirməyi hədəfləyirlər.
Baş nazir qeyd edib ki, avronun qəbul edilməsi daha böyük iqtisadi sabitlik gətirəcək və Viktor Orbanın "maliyyə səhvlərinin" təkrarlanmasının qarşısını alacaq:
"Maastrixt meyarlarının yerinə yetirilməsi investorların inamını bərpa etməklə və ölkəni biznes üçün daha proqnozlaşdırıla bilən etməklə Macarıstan iqtisadiyyatını gücləndirəcək".
Macarıstanın avronu qəbul etmək üçün hələ lazımi şərtləri yerinə yetirmədiyini qeyd edən Magyar ölkənin büdcə kəsirinin və dövlət borcunun azaldılmasının avronu qəbul etmək yolundakı ən çətin maneələr olacağını əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqına (AB) üzv dövlətlər avronu qəbul etməzdən əvvəl Maastrixt meyarlarına - qiymət sabitliyi, davamlı dövlət maliyyəsi, məzənnə sabitliyi və aşağı uzunmüddətli faiz dərəcələrinə - cavab verməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 27 İyun 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















