Macarıstan məhkəməsi Viktor Orban üçün qatil axtaran şəxsi həbs edib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Cümə günü Budapeştin Dairə Məhkəməsi Macarıstanın Baş naziri Viktor Orbanı öldürmək üçün qatil tutmağa cəhd etməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçib.
“Report” xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb.
İstintaq müəyyən edib ki, saxlanılan şəxs 2025-ci ilin iyul ayında Orban üçün “ən yaxşı qatil” tapmaq üçün onlayn çağırış edib və bunun əvəzini forint və ya başqa valyuta ilə ödəyəcəyini vəd edib.
Məhkəmənin məlumatına görə, həmin şəxs universiteti bitirib, lakin işsizdir və valideynləri ilə yaşayır və 2018-ci ildən psixiatrik müalicə alır.
Cümə günü dindirmə zamanı o, qəzəbinin aşıb-daşdığını, lakin belə hallarda heç kimə zərər vermədən özünə hücum etdiyini deyib.
Lakin məhkəmə prokurorluqla razılaşıb ki, cinayətin təkrar törədilməsi riski var, ona görə də həbs ədalətlidir. Həbs bir ay, sentyabrın 8-dək davam edəcək və icbari tədbirlər Macarıstanın Məhkəmə-Psixiatriya Ekspertiza İnstitutunda aparılmalıdır.
O, çərşənbə günü həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 08 Avqust 2025 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















