Icma.az
close
up
RU
Viktor Orban: Macarıstan Aİyə cərimə ödəməyəcək

Viktor Orban: Macarıstan Aİyə cərimə ödəməyəcək

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Macarıstan və şəxsən bu ölkənin lideri Viktor Orban hökumətin üçüncü ölkələrdən gələn miqrantlara sığınacaq verilməsi sahəsində yürütdüyü siyasətə görə uzun müddətdir ki, Avropa İttifaqının tənqid mərkəzindədir. Brüssel hesab edir ki, bu siyasət “Aİ normalarına ziddir”. Avropa Komissiyası uzun illərdir ki, Aİ-nin miqrasiya və sığınacaq verilməsi ilə bağlı qaydalarına riayət edilməsinin bütün üzv dövlətlərin ortaq vəzifəsi olduğunu israr edir, çünki problemin bir dövlətdən digərinə keçirilməsi Aİ-nin birliyini və həmrəyliyini təhdid edir (Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin münaqişənin lap əvvəlində dediyi sözlər - red.).

AZƏRTAC xəbər verir ki, bir neçə ay əvvəl, sentyabrın 13-də Macarıstan Brüsseldən 200 milyon avro məbləğində ödəmə bildirişi alıb. Bu bildirişdə hökumətin sığınacaq verilməsi ilə bağlı ümumi xəttə əməl etməkdən imtinasına görə 45 gün ərzində cərimənin ödənilməsi tələb olunur. Bu, Macarıstanın Aİ-nin onun siyasətini dəyişdirmək tələblərinə əməl etməməsindən sonra baş verib, bu da Avropa Komissiyasını cəza tədbirlərinə əl atmağa məcbur edib.

Bundan əlavə, ölkə cərimənin ödənilmədiyi hər günə görə Brüsselə 1 milyon avro borcludur. Macarıstana cərimə üzrə borclarını ödəmək üçün 45 gün, yəni oktyabrın 31-nə qədər vaxt verilmişdi. Yayın sonuna qədər 200 milyonluq baza cəriməsini nəzərə almasaq, təkcə gündəlik cərimələrdən olan borcun məbləği 93 milyon avroya çatıb.

Bu gün M1 telekanalında çıxış edən Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasına Macarıstanın cərimələri ödəməkdən imtina etdiyi barədə məktub göndərdiyini açıqlayıb.

Brüssel isə hesab edir ki, Macarıstan tabe olmağa borcludur, çünki Aİ-nin məhkəmə qərarları məcburidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri