Icma.az
close
up
RU
Macarıstan seçkilərində Maqyar Orbanın “artıq səslər” səddini keçə biləcəkmi?

Macarıstan seçkilərində Maqyar Orbanın “artıq səslər” səddini keçə biləcəkmi?

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


12 aprel 2026-cı il tarixində Macarıstanda keçiriləcək parlament seçkiləri ölkənin son onilliklərindəki ən gərgin siyasi mübarizəsi kimi tarixə düşməkdədir.
Yeniavaz.com
xəbər verir ki, son rəy sorğuları Baş nazir Viktor Orbanın uzunmüddətli hakimiyyəti üçün ciddi siqnallar verir və müstəqil sorğu mərkəzlərinin mart ayına olan göstəriciləri siyasi balansın kəskin şəkildə dəyişdiyini təsdiqləyir.
Ölkənin nüfuzlu “Median” mərkəzinin 18 mart tarixli son hesabatına görə, Peter Maqyarın liderlik etdiyi TİSA partiyası 55% səs toplamaqla, 35% səsə malik hakim “Fides” partiyasını xeyli geridə qoyur. Oxşar mənzərə “21 Araşdırma Mərkəzi”nin martın əvvəlində keçirdiyi sorğuda da özünü büruzə verir. Bu sorğuda Maqyarın tərəfdarları 53%, Orbanın tərəfdarları isə 39% təşkil edir. Daha ehtiyatlı proqnozlar verən “İDEA İnstitutu” və “Zavecz Research” kimi qurumlar da TİSA-nın 49-50% həddində səs toplayaraq 12%-lik fərqlə öndə olduğunu bildirirlər. Yalnız hökumətyönlü “Nezopont” mərkəzi “Fides”in 45%-lə hələ də 5%-lik üstünlüyə malik olduğunu iddia edir.
Ekspertlər isə bildirirlər ki, rəy sorğularındakı bu üstünlüyə baxmayaraq Macarıstanın mövcud seçki sistemi səbəbindən TİSA-nın mütləq qələbəsinə zəmanət vermək mümkün deyil. Ölkədə tətbiq olunan qarışıq seçki modeli hakim partiyanın xeyrinə qurulub. Parlamentdəki 199 yerin 106-sı fərdi seçki dairələri üzrə majoritar qaydada müəyyən edilir. Bu da kənd yerlərində güclü təşkilatlanmış Orban hökumətinə az səslə daha çox mandat qazanmaq imkanı yaradır. Qalan 93 yer isə proporsional sistemlə partiya siyahıları üzrə bölünür və burada da “qalibə üstünlük” adlanan xüsusi qayda tətbiq olunur.
Bu qaydaya əsasən, dairələrdə qalib gələn namizədin rəqibini keçmək üçün istifadə etmədiyi bütün “artıq” səslər mərkəzi partiya siyahısına əlavə edilərək hakim partiyanın gücünü daha da artırır.
Məsələn, deyək ki, bir rayonda deputat seçilmək üçün 50 001 səs kifayətdir. Lakin, namizəd  80 000 səs toplayır. Normalda digər ölkələrdə namizədin topladığı əlavə 29 999 səs sadəcə qələbənin göstəricisi sayılır və başqa bir işə yaramır. Lakin Macarıstan seçki sistemində bu “artıq qalmış” səslər partiyanın ölkə üzrə ümumi siyahısına əlavə edilir.
Bu da o deməkdir ki, bir partiyanın majoritar sistemlə irəli sürdüyü namizədləri müəyyən bölgələrdə nə qədər çox səs fərqi ilə qalib gəlirsə, həmin “artıq” səslər birləşərək partiyaya parlamentdə əlavə deputat yerləri qazandırır. Bu qayda majoritar sistemdə ən çox səs alan hakim partiyaya süni şəkildə daha çox üstünlük verir. Beləliklə, hakim partiya proporsional sistemlə seçicilərin 45%-nin səsini alsa da, bu “artıq səslər” mexanizmi sayəsində parlamentdəki yerlərin 55-60%-nə sahib ola bilir.
Bu səbəbdən, əksər ekspertlər belə hesab edirlər ki, müxalifət partiyasının parlamentdə çoxluğa sahib ola bilməsi üçün seçkilərdə hakim partiyadan ən azı 10% çox səs toplaması lazımdır.
Müxalifət lideri Peter Maqyarın rəy sorğularındakı bu yüksək reytinqi real hakimiyyət dəyişikliyinə çevirməsi üçün TİSA partiyası yalnız Budapeştdə deyil, həm də Orbanın qalası hesab edilən əyalətlərdəki fərdi dairələrdə mütləq qələbə qazanmalıdır.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 Mart 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri