Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Macarıstan hökuməti Viktor Orbanın hökuməti tərəfindən 2020-ci ildə qəbul edilmiş və homoseksual şəxslərin övladlığa uşaq götürməsini faktiki olaraq qadağan edən qanunvericiliyə dəyişiklik edəcək.
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Baş nazir Peter Madyar bildirib.
Avropa İttifaqının üzvü olan Macarıstanda homoseksual və lezbiyan cütlüklərin övladlığa uşaq götürməsi 2020-ci ilin sonunadək mümkün olub. Bunun üçün tərəfdaşlardan biri subay şəxs kimi müraciət etməli idi.
2020-ci ildə Orbanın sağçı "Fidesz" partiyasının qəbul etdiyi qanuna əsasən, subay şəxslərin övladlığa uşaq götürmə ilə bağlı müraciətləri ailə məsələləri üzrə nazir tərəfindən təsdiqlənməli idi ki, bu da faktiki olaraq qadağa ilə nəticələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 13 Sentyabr 2026 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















