Icma.az
close
up
RU
Macarıstan səfiri ADU nun qonağı oldu FOTOLAR

Macarıstan səfiri ADU nun qonağı oldu FOTOLAR

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Aprelin 10-da Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ADU-nun qonağı olub. Görüşdə Mədəni diplomatiya departamentinin rəhbəri Eszter Pap, mədəniyyət və təhsil diplomatı Monika Felföldi də iştirak ediblər.

Gununsesi.info xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Macarıstan arasında sıx iqtisadi, siyasi, elmi, mədəni əlaqələr mövcuddur. Beynəlxalq əlaqələrin inkişafı özünü elmi, mədəni sahələrdə də yüksələn xətlə göstərməkdədir. Macarıstanda fəaliyyətə başlayacaq Azərbaycan dili və mədəniyyəti mərkəzi haqqında danışan rektor, qarşılıqlı əlaqələrin qurulması istiqamətində əlverişli imkanların mövcudluğundan bəhs edib:

“Arzu edərdik ki, macar həmkarlarımızla əlaqələrimiz daha da genişlənsin. Bu baxımdan kifayət qədər yollar var. Əlaqələrimizin inkişafında göstərdiyiniz diqqət və qayğıya görə təşəkkür edirəm. İnanıram ki, bu sahədə atdığınız addımlar əlaqələrimizin inkişafına növbəti dəfə öz töhfəsini verəcək”.

Qonaqlara ADU-nun QS reytinqlər cədvəlində qazandığı uğurlu nəticə haqqında məlumat verilib. ADU beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verir. Dünyanın bir sıra nüfuzlu universitetləri ADU ilə əməkdaşlıq etməkdə maraqlıdır.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir ADU ilə əlaqələrin perspektivlərindən söz açıb. Bildirilib ki, Macarıstan universitetləri ilə ADU-nun əlaqələrinin möhkəmlənməsi istiqamətində səfirlik tərəfindən daima dəstək göstəriləcək.

Görüşdə Azərbaycan Dillər Universiteti ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum yenilənib. 2022-ci il avqustun 2-də bağlanmış müqavilə yenilənərək 3 illik müddətinə uzadılıb.

Daha sonra səfir ADU-nun Macar Dili və Mədəniyyəti Mərkəzində olub, tələbələrlə görüşüb.

       
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri