Icma.az
close
up
RU
Avstriya səfiri ADU nun qonağı oldu FOTO

Avstriya səfiri ADU nun qonağı oldu FOTO

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 27-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtold Azərbaycan Dillər Universitetində qonaq olub.

Redaktor.az xəbərverir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Görüş zamanı Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələri, xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları, eləcə də Azərbaycan və Avstriya arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Rektor Kamal Abdulla universitetin beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək, bu cür görüşlərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, elmi və mədəni əlaqələrin genişləndirilməsinə töhfə verdiyini vurğulayıb.

Həmçinin ADU-da tədris olunan xarici dillərin əhəmiyyətindən, tələbələrin dil biliklərinin inkişafı üçün yaradılan imkanlardan və Avstriya dili və mədəniyyətinin öyrənilməsinin perspektivlərindən bəhs olunub.

Qeyd olunub ki, bu il ilk dəfə olaraq universitetdə suaxili dilinin tədrisinə başlanılıb. Bu dilin tədrisini həyata keçirmək üçün Keniyadan universitetə müəllim dəvət olunub. Bu təşəbbüsün universitetdə xarici dillərin tədrisi imkanlarının genişləndirilməsi və müxtəlif mədəniyyətlərin öyrənilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Rektor, akademik Kamal Abdulla çıxışında ADU-nun beynəlxalq əlaqələrindən bəhs edərək, universitetin  Rumıniya, Çin, Pakistan, Macarıstan, Serbiya, Belarus, Rusiya və Özbəkistanda fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib. O, bu mərkəzlərin Azərbaycan dilinin, mədəniyyətinin və milli dəyərlərinin xaricdə təbliğində, eləcə də xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

ADU-nun həyata keçirdiyi layihələrdən də bəhs edən rektor, akademik Kamal Abdulla səfiri universitetdə ənənəvi olaraq təşkil olunan “Səfir saatı” layihəsində iştirak etməyə dəvət edib. O, layihənin tələbələrin müxtəlif ölkələrin diplomatik nümayəndələri ilə birbaşa ünsiyyət qurması, həmin ölkələrin tarixi, mədəniyyəti və xarici siyasəti haqqında məlumat əldə etməsi baxımından əhəmiyyətini vurğulayıb.

Səfir Ettienn Berxtold səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycan Dillər Universiteti ilə tanışlıqdan məmnunluğunu ifadə edib. O, iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə universitetlərarası əlaqələrin inkişafı, tələbə və müəllim mübadiləsi imkanları, eləcə də iki ölkə arasında elmi və mədəni əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar ADU-da fəaliyyət göstərən Avstriya kitabxanasında və Avstriya Mübadilə Mərkəzində olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Oktyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri